Araz Yaquboğlu (tam adı: Araz Yaqub oğlu Hacıyev; ) — Azərbaycan tədqiqatçısı, yazıçısı və jurnalisti; "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən).
Həyatı və karyerası Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən biri olub.
Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyat fənni olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilatının katibi olmuşdur.
2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №-li Dəmir-Beton Məmulatları Zavodunda çilingər işləmişdir.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir.
1994-cü ildə oxuduğu universitet üzrə "Materiallar müqaviməti" fənnindən olimpiadada I yeri tutmuş, haqqında "İnşaatçı kadrlar uğrunda" qəzetinin 26 oktyabr 1994-cü il tarixli, № 6(245) sayında Dilarə Mikayılovanın "Nümunəvi tələbə" başlıqlı məqaləsi dərc olunmuşdur.
Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr 1994 – 31 dekabr 1994).
O, 1994–1996-cı illərdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
1995-ci ildə Bakı Ali Menecer Kollecinin İnşaatçı menecment ixtisasını bitirmişdir.
1992-ci ildən şeirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda dərc olunur. Bir çox kitabın redaktoru və tərtibçisidir.
2012-ci il yanvarın 1-dən Laçın yurdu jurnalında baş redaktorun müavinidir.
12 iyul 2023-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə, 17 iyul 2023-cü ildə isə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilmişdir.
Şəxsi həyatı Ailəlidir, bir oğlu və bir qızı var.
Vikimedia hərəkatında iştirakı thumb|left|250x250px|Araz Yaquboğlu (sağdan birinci əyləşən) Vikipediyaçılarla görüş zamanı, 2017-ci il. Araz Yaquboğlu 30 aprel 2010-cu ildən "Araz Yaquboglu" istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyanın inzibatçısıdır. 2017-ci ilə olan məlumata görə, 6000 məqalənin müəllifidir. O, Azərbaycan dilində Vikipediyada ən çox redaktə edən redaktordur.Vikipediya:Redaktə sayına görə vikipediyaçıların siyahısı
Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın, Vikisitatın və Vikimənbənin də inzibatçısıdır.
2025-ci ilin 14–16 fevral tarixlərində İndoneziyada keçirilən "Wikisource-2025" beynəlxalq konfransında iştirak etmişdir.
Filmoqrafiya Bitməyən ömür (film, 2013) Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
Kitabları Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, 160 səh. Bir kökün budaqları. Bakı: "Nurlan", 2006, 216 səh. Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008, 416 səh. Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011, 184 səh. Ömrün şəhidlik zirvəsi, Bakı, "Elm və təhsil", 2012. – 160 səh. + 16 səh. şəkil. Bitməyən ömür, Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.(azərb.) Elin Şiruyəsi, sözün sərrafı, Bakı, "SkyG", 2016, 400 səh., 300 tiraj. Daşkənddən Yeni Daşkəndə. Bakı, "Elm və təhsil", 2023. 480 səh. (+64 səh. şəkil). ISBN 978-9952-568-22-6 Sazın-sözün sorağında. Bakı, "Elm və təhsil", 2023. 200 səh. Rəşadətli Rəşadət. Bakı, "Elm və təhsil", 2023. 144 səh. (+32 səh. şəkil) Od oğlu od içində. Bakı, "Elm və təhsil", 2025. 160 səh. (+24 səh. şəkil) Soyumuz, kökümüz, özümüz. Bakı, "Elm və təhsil", 2025. 360 səh. (+48 səh. şəkil) Sındırılmış saz, yandırılmış aşıq. Bakı, "Elm və təhsil", 2026. 280 səh.
Mükafatları 2011 — "Qızıl qələm" media mükafatı. 2021 — "Laçın" döş nişanı (№ 073). 2021 — "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin Fəxri Diplomu. 2022 — "Aşıq Ələsgər – 200" yubiley medalı (№ 00077) 2023 — Həsən bəy Zərdabi mükafatı. 2023 — "Ziyadar" mükafatı.
İstinadlar
Mənbələr Vəkil, Əli. "Ot kökü üstə bitər". "Ekspress" qəzeti, № 225(2403). 8 dekabr 2007-ci il.
Əlavə oxu
Xarici keçidlər
Vikipediya idarəçisi Araz Yaquboğlunun CVN TV-yə müsahibəsi Daşnaklardan müdafiə olunmaq üçün miili hökumətdən yardım istənilib — QƏRBİ AZƏRBAYCAN XRONİKASI — YouTube DANIŞIR QƏRBİ AZƏRBAYCAN / ARAZ YAQUBOĞLU / QƏRİB YAŞAYAN İNSANIN ÖMRÜ QISA OLUR
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycanlı folklorşünaslar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Rəsullular Kateqoriya:Çilingərlər Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:"Ziyadar" mükafatı laureatları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:Vikipediya şəxsləri Kateqoriya:XXI əsrin bioqrafları