Ovik Arqamoviç Abraamyan (; ) — Ermənistan dövlət xadimi, Ermənistan keçmiş baş naziri.(2014–2016)
Tərcümeyi-halı 1977–1979 — Sovet Ordusu sıralarında hərbi xidmət.
13 aprel 2014-cü ildə Ermənistanın baş naziri təyin edilib.
Ermənistan Respublika Partiyasının üzvüdür.
İctimai obrazı Abraamyanın ləqəbi — "Muk"dur (), tərcümədə "siçan" deməkdir. Müsahibələrinin birində Abramyan bildirdi ki, bu ləqəbi ona uşaqkən nənəsi ondan konfet oğurladığına görə verib.
2008-ci ildə ABŞ-nin Ermənistandakı səfirinin müavini Cozef Penniqton Amerikaya göndərdiyi sənəddə onun haqqında yazırdı ki, Abramyan "xarici müşahidəçilər və bir çox ermənilər tərəfindən yonulmamış, pis təhsil almış və təsadüfi fiqur, küt nuvoriş, çirkli pul siyasəti obrazı, dövlət inzibati resurslarından sui-istifadə edən, axırıncı pis erməni siyasətində bic müxalifətçi kimi tanınır", " işləyən siyasət maşınında … yerli idarəetmə orqanlarıından səslər üçün məqsədli surətdə istifadə edən və baş nazirliyə can atan mərkəzdir", " Serj Sarqsyanın seçki kampaniyasında çirkli və məcburi taktikaların əsas cari başçısıdır" and "an unsophisticated thug" whose "instincts are not progressive". və ""hissləri mütərəqqi olmayan başkəsəndir".
Bundan başqa 2008-ci ildə, ABŞ-nin Ermənistandakı səfiri Mari Yovoviç Abraamyanı siyasi hakimiyyətini öz biznes maraqlarını həyata keçirmək üçün istifadə edən siyasətçi kimi xarakterizə etdiParliament Prez and MP Get Lucrative Mining License http://hetq.am/eng/news/960// . O həmçinin məlumat verirdi ki, onun iyirmiyə qədər şirkəti, o cümlədən Araz çayı sahilində üç qum karxanası, Artaşat rayonunda 1500 hektar üzüm sahəsi, İrəvan şəhəri kənarında 10-dan çox yanacaqdoldurma stansiyası, "Araratsement" şirkətinin üçdə bir payı, kazinosu və Krımda dəyəri 7 milyon ABŞ dollarına bərabər yay evi vardır. O vaxtı ilə sələflərinin təklif etdiyi və erməni siyasətçilərinin və yüksəkvəzifəli dövlət məmurlarının biznes holdinqlərinin və biznes maraqlarının deklarasiya etməsini nəzərdə tutan qanun layihələrinin əleyhinə çıxırhttps://www.wikileaks.org/plusd/cables/09YEREVAN885_a.html "I don't accept such things," he proclaimed..
Ovik Abraaamyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri, oliqarx, özündən 2 yaş böyük Qagik Tsarukyannın qızı ilə evlidir.
Mənbə Tərcümeyi-halı
İstinadlar
Kateqoriya:Ermənistan Respublikasının baş nazirləri Kateqoriya:Ermənistan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Ermənistan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Ermənistan Respublikasının Milli Məclisinin sədrləri Kateqoriya:XXI əsr siyasətçiləri