Azad Sabir oğlu Əliyev () — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006–2014).

Həyatı Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir.

Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A. Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1974–1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972–1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir.

1992-ci ildən Ş. Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı. Pedaqoji fəaliyyətilə yanaşı ifaçı kimi də fəaliyyət gəstərir. Eyni zamanda BMA-nin Solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi.

1981–1985-ci illərdə xalq artisti, skripka ifaçısı S. Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlamışdır.

2002-ci ildən Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 1994-cü ildən həyatının sonuna qədər Ş. Məmmədova adına Opera studiyasının bədii rəhbəri idi. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi.

2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik orkestrinin və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru vəzifəsində çalışırdı. "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir.

2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.

2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.

30 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Filmoqrafiya Küçələrə su səpmişəm (film, 2004)

İstinadlar

Xarici keçidlər Overture (Ruslan & Lyudmila — Mikhail Glinka)

Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər