Oliver Uilyamson (; ) — amerikalı iqtisadçı. 2009-cu ildə Elinor Ostromla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı Oliver Uilyamson 27 sentyabr 1932-ci ildə ABŞ-nin Viskonsin ştatında anadan olmuşdur. Universitet təhsilini 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda Menecment üzrə almışdır.

Fəaliyyəti Bazarda və bazar xaricində qərar verməyə, idarə etməyə və xidmət göstərməyə diqqət çəkən Oliver Uilyamson 1980–1990-cı illərdə özəl sektor və ictimai sektorlar arasındakı sərhədlə bağlı araşdırmaçılar arasındakı mübahisələrə çox dəyərli nəzəri töhfələr vermişdir.

Oliver Uilyamson bir qərar qəbul etmək üçün informasiya toqquşma təsirləri terminini ilk istifadə edən tədqiqatçı olaraq qəbul edilir. Bu termin ilə Oliver Uilyamson bir qərar qəbul edərkən istənilən və istifadə edilən informasiyanın maliyyə xərclərinin əvvəlcədən müəyyən edilməsinin çətin olduğu halları və bunların vacibliyini açıqlamışdır.

Əsərləri

Kitablar Williamson O. E., Markets and Hierarchies : Analysis and Antitrust Implications, Free Press, 1975 Williamson O. E., The Economic Institutions of Capitalism, Free Press, 1985

Məqalələr Williamson O. E., "Managerial Discretion and Business Behaviour", American Economic Review, 1963 Williamson O. E., "Hierarchical Control and Optimum Firm Size", Journal of Political Economy, № 75, Cild. 2, 1967 Williamson O. E., "The Modern Corporation : Origins, Evolution, Attributes", Journal of Economic Literature, Cild. 19, dekabr 1981 Williamson O. E., "The New ınstitutional Economics", Journal of Economic Literature, Cild 38, 2000 Oliver E. Williamson (2002). "The Theory of the Firm aş Governance Structure: From Choice to Contract". Journal of Economic Perspectives 16 (3): 171–195.

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Oliver Uilyamson haqqında Nobel mükafatı e-muzeyində məlumat. Oliver Uilyamson haqqında faktlar. Oliver Uilyamsonun şəkilləri. Oliver Uilyamsonun müsahibəsi. Oliver Uilyamsonun İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:Pensilvaniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ biznes nəzəriyyəçiləri