Tomas Lük Makfarleyn (; * 19 yanvar 1980 - daha çox Lük Makfarleyn kimi tanınan Kanadalı aktyor və musiqiçi. Erkən həyatı və təhsili Makfarleyn Kanadanın Ontario vilayətində yerləşən London şəhərində anadan olub. Onun mərhum atası Tomas, Qərbi Ontario Universitetində tələbə-sağlamlıq xidmətləri direktoru, anası Penni isə yerli London xəstəxanasında psixi sağlamlıq üzrə tibb bacısı vəzifəsində çalışırdı. Makfarleyn əkiz bacısı Rut və böyük bacısı Rebekka ilə birlikdə Londonun Mərkəzi Orta məktəbinə gedirdi. Karyera Yeniyetmə yaşlarında Makfarleyn Lester B. Pirson adına incəsənət məktəbinə gedirdi, daha sonra o incəsənət və musiqi sahəsində ABŞ-nin ən böyük institutlarından biri sayılan Nyu Yorkun Culiard məktəbində dram fakültəsini oxumuşdu. Orada o Romeo və Cülyetta, III Riçard, Gecə Məktəbi, Mavi Pəncərə, Qəzəb Salxımı və Sizin bu necə xoşunuza gəlir? kimi teatr tamaşalarında baş rolu oynamışdı. Makfarleyn 14-21 dekabr 2003-cü ildə gənclərin Playwrights Horizons teatrında düzənlənən dramaturqiya tamaşalarında 4 aparıcıdan biri idi. O 2004-cü ilin may ayında Vineyard Teatrının səhnəsində düzənlənən Harada yaşayırıq () adlı Amerika istehsallı spektaklda aparıcı rol oynamışdır. Teatrda çıxışına görə Lük "Mükəmməl Nyu York tetrında çıxışına görə" Brodvey və Off-Brodvey tərəfindən 2005-ci ildə GLAAD Media Mükafatına layiq görülmüşdü. 2006-cı ilin yay aylarında o Cill Kleybörg və Hemiş Linkleyter ilə birgə yenidən Playwrights Horizons teatrında düzənlənən Məşğul Dünya adlı Brodveydənkənar tamaşada çəkilmişdi. O həmçinin 7–11 fevral 2007-ci ildə Skirball Mədəniyyət Mərkəzində düzənlənən L.A. Premiere-də sevdiyi Tomas rolunu bir daha ifa etdi.
Əsl məşhurluq Makfarleynə ABC telekanalında yayımlanan "Qardaşlar & Bacılar" serialında oynadığı "qardaşlardan biri" və Kevin Uokerin (bu rolu Mettyu Riz ifa edir) həyat yoldaşı Skotti Uondell rolu gətirmişdi.
Makfarleynin "Qardaşlar & Bacılar" serialından öncə FX telekanalında müntəzəm şəkildə yayımlanan "Bax orada" adlı miniserialda PV2 Frenk "Dim" rolunu oynamışdı. Bundan başqa, o Sintia Nikson ilə birlikdə rejissor Robert Altmanın "Tanner Tannerə qarşı" miniserialında çəkilmişdi (serial Sundance telekanalında yayımlanmışdı). Makfarleyn televiziya serialları üçün son çəkilişini "Dəmir yol" adlı və iki hissədən ibarət miniserialda aparıcı rolu ilə tamamlamağı düşünürdü. Serialın çəkilişləri 2007-ci ilin aprel ayının sonundan iyun ayının ortalarına kimi 5 həftə ərzində Çində və 2 həftə Britaniya Kolumbiyasında aparılmışdı. Lakin o, bundan sonra da Kanadada bir neçə teatrların kiçik tamaşalarında oynamış və CBC kanalının hazırladığı iki hissədən ibarət miniserialda rola çəkilməyə razılıq vermişdi. Makfarleyn həmçinin Hovard Eşmanın Dreamstuff adlı müziklının əsasında səhnələşdirilmiş filmdə baş rolu ifa etmişdi. Müziklın Hovardın tərəfdaşları sayılan Marşa Malamet və Dennis Qrin tərəfindən yenidən tamaşaya qoyulması qərara alınmış və bir gecə ərzində Los Ancelesin Hayvort Teatrında Çirkin Betti təxəllüsü ilə tanınan Mixael Urinin rəhbərliyi altında nümayiş edilmişdi. Lük, Eden Espinosa, Viki Lyuis, Fred Uillard və David Blu ilə yanaşı şouda baş rollardan birini oynayırdı.
Hal-hazırda o Kanada istehsallı "Məmnuniyyət" adlı komediya sitkomunda Ceyson Houell rolunu oynayır. Musiqi karyerası Makfarleyn Fellow Nameless musiqi qrupunun aparıcı müğənni və söz yazarıdır. Musiqiyə həvəs onda Lester B. Person adına incəsənət məktəbinin 8 sinifində oxuyarkən sinif yoldaşları ilə birlikdə Slipnaught adı altında kiçik qrupun yaradılması ilə başladı. Onlar qrup üçün uzun müddət ad seçə bilmirdilər və səhnə üçün çıxış etmək vaxtı gəldikdə onlar bu adı təsadüfən lüğətdən seçirlər. Qrup üzvləri, ən çox da Londonun mərkəzi orta məktəbində təhsil alan üzvün orijinal ada nifrət etməsi səbəbindən, onlar yeni "adsız" - yəni Fellow Nameless qrupun təsis edilməsini qərara alırlar. Nameless qrupu həmçinin Maverick Records şirkəti ilə inkişaf və istehsal üzrə müqavilə bağlayaraq, yarım-studiya, yarım canlı CD albom satışa buraxmışdı. Onlar Maverick Records şirkətinin düzənlədiyi Danny Strick A&R adlı reklam çəkilişində iştirak etmişdilər. Buna baxmayaraq, başlanğıcda qrupu yaradan Makfarleynin üzvlər tərəfindən aparıcı müğənni seçilməsi sonda onun qrupdan uzaqlaşması ilə yekunlaşır. Qrpun yenilənməsi 2004-cü ildə həyata keçirilmişdi - belə ki, Makfarleynin əvəzinə yeni müğənni Mettyu Pern seçilmişdi.
Şəxsi həyatı Lük Makfarleyn artıq uzun müddətdir ki, öz homoseksuallığını gizlətmir. O ictimaiyyətə özünün kaminq-autunu (homoseksual olduğu haqqda etirafını) Kanadanın The Globe and Mail qəzetinə 15 aprel 2008-ci ildə verdiyi intervyuda bildirmişdi. Bu xəbər media üçün elə də böyük sürpriz olmamışdı; belə ki, əvvəllər onu dəfələrlə Grey's Anatomy serialında baş rolların biri oynamış və homoseksuallığını heç kimdən gizlətməyən aktyor Teodor Reymond Nayt ilə birgə görülürdü. Hal-hazırda Makfarleyn söz-söhbət üçün səbəb verməyə davam edir. Onun Həbsxanadan qaçış teleserialın baş qəhrəmanı Uentuort Miller ilə görüşdüyü iddia olunur.
Filmoqrafiya thumb|260px|right|Makfarleyn Məşğul dünya susur () adlı tamaşanın təqdimatı zamanı İl Ad Rol Qeyd 2004 Kinsi Brüs Kinsi 2004 Tanner Tannera qarşı Stüart DeBarj Miniserial 2005 Bax orada PV2 Frenk "Dim" Demfi Kiçik bir süjet 2006 Xatırlamaq leytenant Sefton Qısametrajlı film 2006 Külün tələsinə düşən Vinsent 2006–2011 Qardaşlar & Bacılar Skott "Skotti" Vandell Müntəzəm şəkildə (1-2-ci müvsüm); kiçik bir süjet (3-5-ci mövsüm); ümumilikdə 81 epizod 2007 Supreme Courtships Allen Moore Unsold Fox pilot 2009 Dəmir yolu Ceyms Nikol Miniserial 2012 Gözəl və Bədheybət Fillipp Bertrand Epizod: "Ehtiyatlı davran" 2013 Maraq dairəsində Agent Alan Fehi Epizod: "Proteus" 2013 Əzinti Patrik Dillon 2 epizod 2013 Ereksiya Din Qısametrajlı film 2013 Məmnuniyyət Ceyson Houell Kiçik bir süjet 2014 Memuar kitabı Geyb Hallmark telekanalında yayımlanan orijinal kino 2014 Gecə növbəsi Rik Linkoln 27 may 2014-cü ildən bəri yayımlanır
Teatr İl Ad Rol 2003 Yuvenilia Brondi Çeyz 2004 Harada yaşayırıq? Ştefen 2006–2007 Məşğul dünya susur Tomas 2009 Caz dövrü Skott Fitzcerald 2011 Normal Ürək Kreyq Donner/Qreydi 2011 Sem Bendriks Bonsuarda Sem Bendriks 2012 Normal Ürək Feliks Törner 2012 Sem Bendriks Bonsuarda Sem Bendriks
İstinadlar
Xarici keçidlər
Side Dish – Luke Macfarlane's character blog for Scotty Wandell Luke Macfarlane w bazie TV.com Luke Macfarlane na stronie TVGuide.com
Kateqoriya:Kanada aktyorları Kateqoriya:Homoseksual aktyorlar Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər