Əzim Qeyçisaz () İran alpinisti. O, 8000 metrdən hündür bütün zirvələri fəth edən yeganə iranlı alpinistdir.

Həyatı Əzim Qeyçisaz 1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur.

Fəaliyyəti 2002-ci ildən aktiv peşəkar alpinizmlə məşğuldur. 2016-cı ildə oksigen və Hi-porterlər olmadan ikinci dəfə Everest zirvəsinə qalxmağı bacarmışdır. 2017-ci ilin may ayının 19-da yerli vaxtla 12:12-də Lhotze zirvəsinə qalxmışdır. Bununla da o, dünyadakı 8000 metrdən hündür 14 zirvənin hamısına dırmana ilk iranlı alpinist olmuşdur.

Uğurla çıxış etdiyi zirvələrin siyahısı Əzim Qeyçisazın uğurla dırmandığı zirvələr:

Marbl Vall (6400 m, 2002) Gaşerbrum I (7800, 2003) Diran (2004, 5500) Spantik (2004) Everest ((8,848m) oksigen ilə) Ağrı ((5,137m) 2005) Noşaq ((7,492m) 2006) Broud pik ((8,051m) 2008) pobeda ((7,439m) 2009) Dhaulagiri ((8,167m) bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2010) Nanga Parbat (2010) Kançencaqra (bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2011) Gaşerbrum II (2011) Gaşerbrum I (2011) Annapurna (bu zirvəni fəth edən ilk iranlı alpinistdir, 2012) Çoqori (2012) Manaslu (2012) Ço-Oyu ((8,188) bu zirvəyə çıxış edən ilk iranlı dağçıdır, 2013) Şishapangma (bu zirvəni fəth edən ilk iranlı alpinistdir, 2014) Everest ((8,848m) ikinci dəfə, oksigensiz, 2016) Lhotze (2017)

İstinadlar

Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran alpinistləri Kateqoriya:İran azərbaycanlısı idmançılar Kateqoriya:Azərbaycanlı alpinistlər Kateqoriya:Təbriz Universitetinin məzunları Kateqoriya:Təbrizli idmançılar