Alfred de Müsse (; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).

Həyatı 300px|thumbnail|Alfred de Müssenin büstü2013-cü il

Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur.

Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

Yaradıcılığı Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür.

Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır. Pyesləri ilk dəfə Rusiyada tamaşaya qoyulmuşdur. "Əsrin övladının etirafı" (1836) romanı Avropa nəsrində əhəmiyyətli yer tutur.

"May gecəsi" şeirini Abbas Səhhət Azərbaycan dilinə tərcümə etmişdir.

İstinadlar

Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.132

Xarici keçidlər

Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransız şairlər Kateqoriya:Fransız dramaturqlar Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr şairləri