PEN (ing. PEN İnternational) — ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir.
Adı Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Dramaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturundan əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir.
Tarixi PEN Birinci Dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü.
Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır.
1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur. Hər bir ölkənin PEN mərkəzi var və hər mərkəzin də öz qayda-qanunları var.
Konqress və üzvlük Beynəlxalq PEN Kongresi isə hər il müəyyən yerdə keçirilir. Konqresin keçirələcəyi ölkə insan haqqlarına hörmət edən demokratik rejimə sahib olmalıdır.
PEN konqreslərində əsas müzakirə obyekti yazıçılarən dövlətdən gördükləri münasibət və həbsdə olan yazıçılardır . Bu səbələ 1960-cı ildə "Writers in Prison Committee" (Həbsdə Olan Yazıçılar Komitəsi) yaradıldı. Xaricdə yaşayn və ölkələri haqqında yaza bilməyən yazıçılar isə 1990-cı illərin sonlarında "Writers in Exile Network"u (Sürgün Yazıçılar Şəbəkəsi) qurdular və bu qrupun əsas məqsədi ölkəsindən qovulan yazıçının hüquqlarını qorumaqdır.
Birliyə üzv olmaq şərtləri İngiltərədəki PEN klubunun şərtlərinə əsaslanır. İrqçi, millətçi, dinçi olmayan, insan hüquqlarına hörmət edən və ən az iki kitabı nəşr olunan istənilən yazıçı PEN üzvü ola bilər.
PEN-in indiki prezidenti Kanadalı yazıçı Con Ralston Saul və köməkçisi türk əsilli ingilis yazıçı Moris Farhidir.
PEN prezidentləri PEN prezidentləri Con Qolsuorsi 1921–1932 Herbert Uells 1932–1935 Jül Romayns 1936–1939 Komitə: Denis Saurat, Fransua Moriak, Tornton Uilder, Hu Şih 1941–1946 Moris Meterlink 1947–1949 Benedetto Krose 1949–1953 Çarlz Lanqbriç Morqan 1954–1956 Andre Çamson 1957–1959 Alberto Moravia 1960–1962 Viktor E. Van Visland 1963–1965 Artur Miller 1966–1969 Pyerr Emmanuel 1970–1971Henrix Böll 1972–1973 V. S. Pritçett 1974–1976 Mario Varqas Lyosa 1977–1979 Pyer Vatberq 1979–1986 Fransis Kinq 1986–1989 Rene Tavernier may-noyabr 1989 Pyer Vastberq noyabr 1989 – may 1990 Dyörqi Konrad 1990–1993 Ronald Harvud 1993–1997 Homero Aridcis 1997–2003 Jiri Qruşa 2003–2009 Con Ralston Saul 2009 – h.h.
Xarici keçidlər PEN Türkiyə Rəsmi sayt
Kateqoriya:1921-ci ildə yarananlar Kateqoriya:5 oktyabrda yarananlar Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:London Kateqoriya:Beynəlxalq peşəkar assosiasiyalar