Qəribli Şahmar Qərib oğlu (13 fevral 1952, Kürdəmir — 16 fevral 2018, Bakı) azərbaycanlı rejissor, aktyor.
Həyatı Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərovdan sənətin sirlərinin öyrənib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb.Şahmar Qəribli müsahibəsi 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Moskvada çoxseriyalı "Jasmin" filminə çəkilib və Kamal rolunu oynayıb..
Ölümü Şahmar Qəribli uzun sürən xəstəlikdən sonra 66 yaşında müalicə aldığı xəstəxanada dünyaya gözlərini əbədi yumub. Doğulduğu Kürdəmir rayonunda torpağa tapşırılıb. Şahmar Qəribli ölümündən 3 gün əvvəl doğum gününü qeyd etmişdi.
Teatrda oynadığı rollar Şahsuvar (S.Vurğun "Komsomol poeması"), Fağır Bağır (Anar "Adamın adamı") Kərim müəllim (M.Süleymanlı "Dəyirman") Rüstəm (N.Hikmət "Bayramın birinci günü") Jandarm (N.Həsənzadə "Bütün Şərq bilsin") Qumarbaz (N.Qoqol "Müfəttiş")
Quruluş verdiyi tamaşalar "Ölülər" (C.Məmmədquluzadə) "Qorxaq" (Ə.M.Lələdağ), "Dəfn" (A.Həsənoğlu) "Sehirli açar" (Ş.Qəribli) "Anasının gül balası"(F.Məmmədov)
Filmoqrafiya 130-cu mövsüm (film, 2002)(sənədli film)(Lider tv) Adi iş günü (film, 2002) Ağ dünya (film, 1995)-Dəli Səməd Bir anın həqiqəti (film, 2003) Bir ovuc torpaq (2013) Cavid ömrü (film, 2007) Çölçü (film, 2012) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Düyün (film, 2008)-Əmi Fatehlərin divanı-Şaman baba Fədakar (film, 2015) Fəryad (film, 1993)-Boris Həsrətli gözlərin rəsmi (film, 2003) Hücum (film, 1989)-Mürsəl İnanc yerlərimiz (film, 2003) Kamanın ədalət ucalığı (film, 2003) Kamanın naxış sehri (film, 2003) Könül nəğməsində variasiyalar (film, 2002) Qəzəlxan (film, 1991) Məhəbbət oratoriyası (film, 2003) Mən səni sevirəm - dustaq Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ötən əsrdən gələn adam (film, 2003) Seçilən (film, 2008)-Professor Seçilmişlər (film, 2007) Son döyüş (film, 1996) Sübhün səfiri (film, 2012) Ultionis Yalançılar (film, 2008) Yasmin (serial, 2013) - Kamal Yay gününün xəzan yarpaqları (film, 1986) Yenə o bağ olaydı (film, 2002) Yeraltı keçid (film, 2015) Yerlə göy arasında (film, 1999)-Psixoloq Yük (film, 1995) Bir xalanın sirri (film, 2018)
İstinadlar
Xarici keçidlər Şahmar Qəribli Sumqayıt teatrı Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi Sumqayıt mədəniyyətinə ağır itki: Şahmar Qəribli vəfat etdi - FOTO Şahmar Qəribli vəfat etdi (FOTO)
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Kürdəmirdə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları