Devidin ad günü (, ) — 2009-cu il İtaliya istehsalı olan dram filmidir.
Məzmun Dörd dost Mateo və Françesko, onların dostları Şeri və Dieqo yay tətillərini Mount Circeoda dəniz sahilində keçirtməyi qərara alırlar. Mateo pisixoloqdur və Françeska ilə evlidir. Onların bu evlilikdən 5 yaşlı Elena adlı qızı var. Dieqo və Şerinin isə sevgilidirlər. Amerikada kollecdə oxuyan Devid ilk dəfə 5 ildən sonra həm ad gününü həm də ailəsilə vaxt keçirtmək üçün İtaliyaya gəlir. Devid gəldikdən sonra bir müddət birgə vaxt keçirən Devid və Mateonu hissləri bir-birinə qarşı güclənir. Yalnız Çerinin qardaşı Leonard onlar ilə uzun vaxt keçirib tanıdığına görə nəyin baş verdiyini başa düşür. Bu arada isə Mateonun ailəsində münasibətlər gərginləşir. Devid üçün təşkil olunmuş ad günü şənliyində Mateo Devidin yataq otağına gedərək onunla sevişir. Bu vaxt açarları evdə unutduğunu xatırlayan Françeska evə geri qayıdır və onları birgə sekslə məşğul olarkən görür. Gördüklərindən şoka düşən Françeska dərhal qaçaraq oradan uzaqlaşır. Mateoda onun dalınca gedir. Lakin yolu keçmək istəyərkən Françeskanı maşın vuraraq öldürür.
Bu hadisələrdən sonra Mateo, Şari, Dieqo və Devid bir gün birgə şam yeməyi yeyərkən Şeri Mateodan Françeskanı maşın vurarkən harada olduğunu soruşur. Film təqsirinə görə Mateonun ağlamağa başlamasıyla başa çatır.
Rollarda Alessandro Gassman − Diego Massimo Poqqio − Mateo Maria de Medeiros − Françeska Mişel Keskon − Şeri Tiyaqo Alves − Devid Kristo Civqov − Leonard Piera Deqli Esposti − Qiuliana Daniele De Anqelis − Orazio Marianna De Rossi − Çikka
Film festivalları Film bir neçə film festivalında göstərilib.
2009: Italy — Mostra Internazionale d'Arte Cinematografica 2009: Italy — Festival Internazionale del Film di Roma 2009: Brazil — São Paulo International Film Festival 2010: Brazil — Rio de Janeiro International Film Festival
Xarici Keçidlər
İstinadlar
Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:İtaliya filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Homoseksual filmlər Kateqoriya:LGBT mövzulu İtaliya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2009-cu ilin İtaliya filmləri Kateqoriya:Gey filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Biseksual filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:2009-cu ilin LGBT filmləri