Enid Blayton () — İngiltərə uşaq romanı yazıçısı.
Həyatı Enid Blayton 11 avqust 1897-ci ildə Londonda anadan olmuşdur. O, Tomas Keri Blayton və Tereza Merinin ən böyük övladı idi. Hanli və Keri adlı iki qardaşı vardı. 1907–1915-ci illərdə Blayton Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil almışdır. Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olduğundan "Headgirl" adını qazanmışdı. Riyaziyyatı yaxşı bilməsə də, yaxşı piano çala bilirdi.
Liseyi tamamladıqdan sonra müəllim olmağa qərar verdi, amma universitetdə ikən musiqi məşğələlərini buraxdı. Boş zamanlarında yazıçılıq etməyə başladı və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan "Uşaq pıçıltıları" kitabı nəşr olundu.
28 avqust 1924-cü ildə Hay Aleksandr Pallok ilə evləndi. Həyat yoldaşı Corc Nyunsun nəşriyyat şirkətində redaktor kimi işləyirdi və tezliklə bu nəşriyyat tərəfindən iki kitabı çap olundu. Onun Pallokdan Qillian Meri Baverstok və İmojen Meri Smolvud adlı iki övladı oldu.
1930-cu illərdə dinə inamı azaldı və kilsəyə daha az getməyə başladı.
1939-cu ildə Pallok ilə evliliyi təhlükə altına düşdü. Blayton 1941-ci ildə ixtisasca həkim olan Kennet Freyzer Darrel Vaterslə tanış olduqdan sonra 1942-ci ildə Pallokdan boşanaraq 20 oktyabr 1943-cü ildə Vaterslə evləndi.
1967-ci ildə həyat yoldaşının ölümünün ardından xəstələndi və 28 noyabr 1968-ci ildə vəfat etdi.
Yaradıcılığı Blaytonun əsərlərinin əsas qəhrəmanları uşaqlar idi. Müəllifin əsərləri üç tipə bölünürdü. Birinci tip kitablar uşaqların qeyri-adi macəralarından bəhs edirdi. İkinci tip kitablarda hadisələr məktəbdə baş verir və uşaqların başına gələn məzəli əhvalatlar ələ alınırdı. Üçüncü tip kitabları isə fantastik janrda olub, şeytanlar və pərilər kimi personajları əhatə edirdi.
"Fireside" jurnalının 55-ci sayı|thumb|left "Məşhur beşlik", "Macəra seriyası", "Sirli yeddilik", "Yaramaz qızlar", "Əkizlər məktəbdə" və "Adada macəra" müəllifin ən məşhur əsərlərindəndir.
Uşaq şeirlərindən ibarət ilk kitabı 1924-cü ildə nəşr olunmuşdur. Əsərləri daim mübahisə doğurmuşdur. Enidin 700 kitabı çapdan çıxmış, bundan əlavə, 10 000-dən çox qısa hekayə yazmışdır. Bunlardan 200-ü hələ də nəşr olunur. "Yaramaz qızlar" kitabının 11 milyon nüsxəsi satılmış, bütün kitablarının isə 400 milyondan çox nüsxəsi öz oxucusunu tapmışdır. 1967-ci ildəki qeydlərə görə kitabları 399 dilə tərcümə olunmuşdur. Enid Blayton İngiltərədə Uilyam Şekspir və Aqata Kristidən sonra ən çox əsəri xarici dilə tərcümə olunan üçüncü yazıçıdır.
Ölümündən sonra 1974-cü ildə Barbara Stonli tərəfindən bioqrafiyası qələmə alınmışdır. 1995-ci ildə isə qızları və heyranları tərəfindən "Enid Blayton Cəmiyyəti" qurulmuşdur. Cəmiyyətin buraxdığı "Fireside" jurnalı böyük maraq görmüşdür.
Hər il may ayının ikinci şənbə günü Enid Blayton günü kimi qeyd olunur.
İngiltərədə "The Enid" rok qrupu adını ondan almışdır.
Əsərləri "Məşhur beşlik" "Sirli yeddilik" "Macəra seriyası" "Barninin sirləri" "Sirlər seriyası" "Sent-Klaras" "Dəcəl qız" "Altı xalaoğlu" "Qallianonun sirki" "Uzaq ağac" "Arzu kafedralı" "Noddi"
Xarici keçidlər Adına açılmış sayt Biyografi.info
İstinadlar
Kateqoriya:11 avqustda doğulanlar Kateqoriya:1897-ci ildə doğulanlar Kateqoriya:Londonda doğulanlar Kateqoriya:28 noyabrda vəfat edənlər Kateqoriya:1968-ci ildə vəfat edənlər Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsrin İngiltərə romançıları