Ulduzlu gecə () — Hollandiyalı post-impressionist rəssam Vinsent van Qoqun 1889-cu ilin iyununda kətan üzərində yağlı boya ilə çəkdiyi tablosudur. O, bu əsərində günəş doğmadan əvvəl Sen-Remi-de-Provansdakı həbsxananın şərqə baxan pəncərəsindən xəyali bir kənd əlavə etməklə mənzərəni təsvir etmişdir. Van Qoqun maqnum əsəri kimi tanınan "Ulduzlu gecə" əsəri 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına daxildir.
Ruhi xəstəxana left|thumb|316x316px|Saint-Paul-de-Mausole monastırı 23 dekabr 1888-ci ildə sol qulağına zərər yetirdikdən sonra Van Qoq 8 may 1889-cu ildə könüllü olaraq Saint-Paul-de-Mausole dəlixanasına getdi. Saint-Paul-de-Mausole varlılara xidmət edirdi və Van Qoq gələndə o qədər də dolu deyildi. Buna görə də ona təkcə yatmaq üçün otaq deyil, həm də rəssamlıq emalatxanası kimi istifadə edə biləcəyi birinci mərtəbədəki otağı tutmağa imkan verdilər.
Van Qoq Sent-Remi-de-Provansdakı sığınacaqda qaldığı müddət ərzində karyerasının ən məşhur əsərlərindən bəzilərini, o cümlədən 1889-cu ilin may ayında çəkdiyi, hazırda J. Paul Getty Muzeyində olan Süsənlər və 1889-cu ilin sentyabrında çəkdiyi hazırda Orse muzeyində saxlanılan avtoportretini çəkmişdir. left|thumb|260x260px|Van Qoqun avtoportreti (1889) center|thumb|472x472px|Vinsent van Qoqun "Süsənlər" əsəri
Həmçinin bax Vinsent Van Qoq Postimpressionizm Həkim Qaşenin portreti Kartof yeyənlər Süsənlər Günəbaxanlar Qarğalarla taxıl sahəsi Arlda yataq otağı Gecə kafesi Qırmızı üzüm bağı Rona üzərində ulduzlu gecə
İstinadlar Kateqoriya:Vinsent van Qoqun rəsm əsərləri Kateqoriya:1889-cu ildə çəkilmiş rəsm əsərləri
Xarici keçidlər https://en.wikipedia.org/wiki/The_Starry_Night https://en.wikipedia.org/wiki/Museum_of_Modern_Art https://en.wikipedia.org/wiki/Monastery_of_Saint-Paul_de_Mausole https://en.wikipedia.org/wiki/J._Paul_Getty_Museum https://en.wikipedia.org/wiki/Irises_(painting) https://en.wikipedia.org/wiki/Mus%C3%A9e_d%27Orsay https://en.wikipedia.org/wiki/Van_Gogh_self-portrait_(1889) Kateqoriya:Ay haqqında əsərlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Gecə vaxtını təsvir edən rəsm əsərləri