Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir.

Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.

Liberty City 24 saat yaşayan eyni zamanda insanların hava şəraitinə və saatlara uyğun olaraq mənalı hərəkət etdikləri canlı bir şəhərdir. Yeni Advanced Graphics Engine (RAGE) texnologiyası ilə şəhər inanılmaz bir qrafik detalına və həqiqətə çox yaxın görünüşlərə sahibdir. Çox oyunçu ilə oynama rejimi rəqiblərinizlə Liberty City şəhərində həyəcanlı qovalamacalar imkanı verir. Açıq uclu oyun dünyası sizə daha əvvəl heç yaşamadığınız qədər bir sərbəstlik təqdim edir. Oyunda 88 ədəd ana tapşırıq və sayısız yan tapşırıq vardır. Əlavə olaraq oyunda bir çox tapşırığı yerinə yetirərkən oyunçunun seçiminə bağlı olaraq tapşırığı fərqli cür yerinə yetirmək imkanı vardır. Oynarkən oyunçunun verdiyi qərarlara əsasən oyunun İntiqam və ya Razılaşma olmaqla iki fərqli sonu mövcuddur.

Xarici keçidlər Grand Theft Auto IV Rəsmi Səhifəsi Grand Theft Auto IV Sosial Klub GTA IV fan səhifəsi Grand Theft Auto IV wikia

İstinadlar

Kateqoriya:Windows videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:2008-ci ilin videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Grand Theft Auto Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Epizodik videooyunlar Kateqoriya:Hadisələrin Nyu-York şəhərində cərəyan etdiyi videooyunlar Kateqoriya:Kanada videooyunları