right|400px Gömrük İttifaqı (Gİ) — azad ticarət zonasına daxil olan ölkələrin başqa ölkələrə tətbiq etdiyi ümumi tarif sistemidir. Bəzən üzv ölkələr bir xarici ticarət siyasəti aparır, amma xüsusi hallarda fərqli gömrük tarifi tətbiq edirlər. Bu çərçivədə rəqabətlə bağlı əskiklikləri aradan qaldırmaq üçün ümumi rəqabət siyasəti də həyata keçirilir. Gömrük ittifaqı iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir.
Gİ qurmaqda məqsəd iqtisadi səmərəliliyi artırmaq və üzv ölkələr arasında daha sıx siyasi, iqtisadi və mədəni əlaqələr formalaşdırmaqdır.
İstinadlar
Kateqoriya:İqtisadiyyat Kateqoriya:Xarici ticarət siyasəti Kateqoriya:İqtisadi inteqrasiya Kateqoriya:Ticarət blokları