Gürcüstan azərbaycanlıları () və ya Borçalı azərbaycanlıları — etnik cəhətdən azərbaycanlı olan Gürcüstan vətəndaşları. 2014-cü il siyahıyaalınmasının məlumatlarına görə, Gürcüstanda 233,024 nəfər etnik azərbaycanlı yaşamışdır.

Azərbaycanlılar Gürcüstan əhalisinin 6,5%-ni təşkil etməklə ölkənin ən böyük etnik azlığını formalaşdırır və əsasən Aşağı Kartli, Kaxeti, Daxili Kartli və Mtsxeta-Mtianeti kimi kənd yerlərində məskunlaşmışdırlar. Paytaxt Tbilisi şəhərində də tarixi azərbaycanlı icması mövcuddur, digər bölgələrdə isə daha kiçik icmalar fəaliyyət göstərir. 1980-ci illərin sonlarında Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində müəyyən gərginliklər müşahidə olunmuşdur, lakin bu hadisələr heç vaxt silahlı toqquşmalara çevrilməmişdir.Cornell, Svante E., Autonomy and Conflict: Ethnoterritoriality and Separatism in the South Caucasus – Case in Georgia . Department of Peace and Conflict Research, Report No. 61. p. 160. University of Uppsala, .

Tarix

thumb|300px|Tiflis şəhərində azərbaycanlılar və tatarlar tərəfindən idarə olunan tarixi bazar. 1870-ci il.

Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərzisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcümənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur.

Orta əsrlər Gürcüstanda Azərbaycan əhalisinin meydana çıxma tarixi əsasən XV–XVII əsrlərin sonlarına gedib çıxır. 1480-ci illərdə Səfəvilər dövlətinin Gürcüstana hücumu zamanı azərbaycanlılar ölkənin cənub kənarlarında, Ağstafaçay, Dəbəd və digər çaylar boyunca məskunlaşmışdılar.Sanikidze, George. “Muslim Communities of Georgia: Old Problems and New Challenges.” Islamophobia Studies Journal, vol. 4, no. 2, Pluto Journals, 2018, pp. 247–65, https://doi.org/10.13169/islastudj.4.2.0247.

XVI əsrdən başlayaraq, türkman axınlarının Gürcüstanın cənub ərazilərinə böyük ziyan vurması ilə eyni dövrdə, qızılbaş tayfaları Aşağı Kartlidə Kür çayının hər iki sahilində, Algeti və Ktsia vadilərində, Dabnisi dərəsində və Somxitidə köç edərək məskunlaşmağa başlamışdırlar. XVII əsrin əvvəllərinə doğru onlar şərqə tərəf hərəkət edərək Qarayazının (indiki Qardabani bələdiyyəsi) bərəkətli torpaqlarına yayılmış, qərbdə isə Şulaveri və Dmanisi dərəsinə qədər çatmışdılar.Bregadze, N. A. "K voprosu ob ètničeskom sostave naselenija Gruzii v XVIII v." In: V. K. Gardanov (ed.). Kavkazskij ètnografičeskij sbornik, 6: 238-253; p. 250 Onların bu ərazilərdə cəmləşməsi Azərbaycan icmasının formalaşması ilə nəticələnmişdir.The Ancient Orient. Transcaucasia in the 11th–15th centuries by Lev Gumilev Müasir dövrdə etnik azərbaycanlıların məskunlaşdığı bu ərazi tarixi Borçalı (XVII əsrdə burada məskunlaşmış bir türk tayfasının adı olan Burçoğlu formasından törəmişdir) kimi tanınır.Cumans . The Don and the North Caucasus in the 4th–12th centuries

XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fərəydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilmişdir, lakin şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiya edilməsi yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr də mövcuddur.

1604-cü ildə, Səfəvi şahı I Abbasın hakimiyyəti dövründə burada Borçalı xanlığı (sultanlığı) təsis edilmişdir. Borçalı sultanlığı 1604-cü ildən 1755-cü ilə qədər mövcud olmuş, mərkəzi isə Ağcaqala (orta əsrlərə aid bir qala olub, qalıqları müasir dövrdə Marneuli bələdiyyəsinin Quşçu kəndi yaxınlığında yerləşir) şəhəri sayılmışdır."Aghjagala". Encyclopædic Lexicon, 1835. Bu qurum daha sonra Kartli-Kaxeti çarlığının tabeliyində olan mouravlığa çevrilmişdir. Bundan əlavə, XVII əsrin əvvəllərində Səfəvi şahı I Abbasın öz gürcü təbəəsi olan Kaxeti çarı I Teymuraza qarşı həyata keçirdiyi bir sıra cəza yürüşlərindən sonra Kaxetidə 15 000-ə qədər türkdilli ailə məskunlaşdırılmışdır, lakin həmin mühacirlər təxminən on ildən də az bir müddət sonra, Kaxetidə baş qaldıran gürcü üsyanı zamanı, demək olar ki, tamamilə məhv edilmişdir.

Azərbaycanlıların məskunlaşma coğrafiyası XVIII əsr boyu şimala doğru Tsalka yaylasına,Pankratis Papounidis. Tsalka – Brief Historical Facts . 26 August 2010. XIX əsrin əvvəllərinə qədər isə daha da qərbə – Başkeçidə (müasir Dmanisi bələdiyyəsi və onun ətrafı) qədər genişlənmişdir.Н. Г. Волкова Азербайджанцы Грузии (По материалам полевых исследований 1973—1976 гг.) // Полевые исследования Института этнографии, 1976. — М.: Наука, 1978. — С. 110. Burada yaşayan azərbaycanlıların əcdadları əsasən Azərbaycan dilinin qazax ləhcəsinin danışıldığı ərazidən, Azərbaycanın ən yaxın sərhəd bölgələrindən gəlmişdilər.

Rusiya imperiyası Rusiya imperiyası 1804–1813-cü illər Rusiya–İran müharibəsi, 1826–1828-ci illər Rusiya–İran müharibəsi və bunların nəticəsində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra Cənubi Qafqaz və Dağıstanı Qacar dövlətindən fəth etmişdir.Allen F. Chew. "An Atlas of Russian History: Eleven Centuries of Changing Borders". Yale University Press, 1967. pp 74. Bundan sonra çar hökuməti Gürcüstan çarlığını quberniya şəklində yenidən təşkil etmiş və onu öz daxili idarəetmə vahidlərinə bölmüşdür. Bu vahidlərdən beşi "Tatar məsafələri" (Çar nomenklaturasında azərbaycanlılar üçün "tatar" sözü istifadə olunmuşdur) adlandırılmışdır. Bunlara Borçalı, Pəmbək, Şörəyel, Qazax və Şəmşəddil daxil idi.G. Galoyan. Russia and the People of Transcaucasia. Mysl, 1976; p. 187. 1868-ci ildə son iki vahid Yelizavetpol quberniyasının tərkibinə verilmiş, ilk üçü isə Borçalı qəzası kimi Tiflis quberniyasına daxil edilmişdir. Qəzanın düzənlik hissələrində əsasən azərbaycanlılar məskunlaşmışdır: Borçalı düzənliyində 390 kvadratverst (444 kvadratkilometrə bərabər) ərazini əhatə edən 63 kənddən 61-də azərbaycanlılar yaşamışdır.Brockhaus and Efron Encyclopaedia: "Borchali Plain". V. 7, p. 451.

Tiflis şəhərində azərbaycanlılar tarixi olaraq Ortaçala (Azərbaycan dilindəki "orta" və gürcü dilində "yaşıl sahil zonası" mənasını verən "çala" sözlərindən formalaşmışdır) məhəlləsində məskunlaşmışdırlar. Bu ərazi həmçinin Meydan və ya Şeytanbazar,Azeris . Diversity.ge. eləcə də qədim hamamlar rayonu olan Seyidabad kimi tanınmışdır.Alexander Ostrovsky. Who Stood Behind Stalin? Olma Media Group, 2002; p. 106.

1905-ci ilin noyabrında Tiflis şəhəri Cənubi Qafqazın digər bölgələrində artıq şiddətli münaqişələrə və qırğınlara səbəb olmuş erməni–azərbaycanlı etnik toqquşmalarının meydanına çevrilmək təhlükəsi ilə üzləşmişdir. Erməni milliyyətçi "Daşnaksütun" partiyasının silahlı dəstələri mühüm mövqeləri nəzarətə götürmüşdür. Azərbaycanlılara kömək məqsədilə Borçalıdan 2 000 nəfərlik süvari könüllü dəstəsi gəlmişdir. 27 noyabr 1905-ci il tarixində saat on altıya qədər artıq 22 nəfər ölmüş və yaralanmışdır.The Tiflis Leaflet. 27 November 1905. Buna cavab olaraq sosial-demokrat fəhlə fəalları dinc aksiya təşkil edərək hər iki tərəfi münaqişəyə girməməyə çağırmış və küçələrdə patrul xidməti aparmaq üçün Qafqaz canişinliyindən silah əldə etməyə nail olmuşdurlar. Vasitəçilik missiyasından sonra hər iki tərəf 1 dekabr 1905-ci il tarixində sülh sazişi bağlamış və borçalılar şəhəri tərk etmişdilər.Novoe Obozrenie, 28 November 1905.

1919-cu ildə, Gürcüstanın qısamüddətli müstəqilliyi dövründə, Qarayazı yaxınlığındakı Qaraçöp kəndindən olan 34 yaşlı azərbaycanlı qadın Pərixanım Sofiyeva öz seçki dairəsində parlament seçkilərində qalib gəlmişdir. O, Qafqaz tarixində demokratik yolla seçilmiş ilk müsəlman qadın və həmin dövrdə Gürcüstan parlamentinin beş qadın deputatından biri olmuşdur. Matriarch of Karaiazi - Parikhanim Sofiyeva .

Sovet Gürcüstanı SSRİ hakimiyyəti illərində azərbaycanlılar ölkədə (ermənilər və ruslardan sonra) üçüncü ən böyük etnik azlığı təşkil etmişdilər, lakin 1989-cu il məlumatlarına görə, etnik gürcülərlə müqayisədə təxminən iki dəfə yüksək olan təbii artım tempi, eləcə də mühacirətin aşağı səviyyədə olması səbəbindən onların sayı davamlı olaraq artmışdır. Bunun nəticəsində azərbaycanlıların sayı çoxalaraq 2002-ci ilə qədər Gürcüstanın ən böyük etnik azlığına çevrilmişdir.Mamuka Komakhia. Ethnic Minorities in Georgia . Diversity.ge.

Sovet işğalından sonra bir çox azərbaycanlı sovet hakimiyyətinin onların idarəçilik kimi sahələrdə çalışmasına mane olan siyasəti səbəbindən Gürcüstanı tərk edərək Azərbaycana köçmüşdür. 1944-cü ilin martında paytaxt Tbilisi şəhərində yaşayan 3 240 etnik azərbaycanlı və kürd "kənd təsərrüfatı sahəsində çalışmaqdan qəsdən boyun qaçıran şəxslər" kimi məcburi şəkildə Aşağı Kartlinin kənd rayonlarına köçürülmüşdür. Tbilisidə qalmasına icazə verilən cəmi 31 azərbaycanlı ailəsi isə əsasən hərbçilərdən, müharibə əlillərindən və universitet tələbələrindən ibarət olmuşdur.

Gürcüstanda toponimlərin gürcüləşdirilməsi 1930-cu illərdən bəri davamlı bir proses olmuşdur. Bu proses azərbaycanmənşəli yer adlarına da təsir göstərmişdir. Belə ki, 1940-cı ildə Ağbulaq (birbaşa tərcümə ilə) Tetritsqaro,R. Kverenchkhiladze. Georgian Soviet Encyclopædia. V. 4, p. 580, Tbilisi, 1979 1947-ci ildə isə Başkeçid Dmanisi,V. Jaoshvili, P. Zakaraia, V. Japaridze, G. Lomtatidze. Georgian Soviet Encyclopædia. V. 3, p. 593, Tbilisi, 1978 Qarayazı Qardabani,V. Jaoshvili. Georgian Soviet Encyclopædia. V. 2, p. 694, Tbilisi, 1977 Sarvan isə MarneuliV. Jaoshvili, T. Tordia. Georgian Soviet Encyclopædia. V. 6, p. 488, Tbilisi, 1983 olaraq dəyişdirilmişdir. 1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "İftiraya cavab" adlı məqaləsində regiondakı etnik-mədəni məsələlərə toxunmuş, Gürcüstan SSR-in azərbaycanlılar yaşayan bölgələrinə etdiyi səfər təəssüratlarını və orada müşahidə etdiyi tarixi toponimlərin dəyişdirilməsi prosesini təhlil etmişdir. O, Qardabani, Marneuli, Bolnisi və Dmanisi kimi rayonlarda əsrlər boyu mövcud olmuş toponimikanın heç bir elmi və hüquqi əsas olmadan dəyişdirilməsini və ya gürcü dilinə tərcümə edilməsini tənqid etmişdir. Vahabzadə tarixi adların inzibati yollarla dəyişdirilməsinə dair konkret nümunələr göstərmiş və bildirmişdir ki, bu proses çərçivəsində "Qarayazı" adı "Qardabani", "Borçalı" adı "Marneuli", "Başkeçid" adı "Dmanisi", "Ağbulaq" adı isə "Tetriskaro" ilə əvəzlənmişdir. O, tarixi yer adlarının bu cür "müasirləşdirilməsi" və tərcümə edilməsi praktikasının elmi prinsiplərə zidd olduğunu vurğulamış, bu addımların ərazinin yerli sakinləri olan azərbaycanlıların tarixi-mədəni irsinə və milli hisslərinə mənfi təsir göstərdiyini irəli sürmüşdür.

Yerli sakinlərin bildirdiyinə görə, 1960-cı illərdə Qardabani yaxınlığındakı üç kəndin sakinləri kəndlərinin adlarının dəyişdirilməsi planına qarşı Moskvaya müraciət etmiş və adlar qorunub saxlanılmışdır.Kama Rzayeva. Azerbaijan Retracting Its Words? . Georgia Times. 16 March 2012. Retrieved 5 July 2012.