Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; ) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.

Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Tanrısı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.

Həyatı

Erkən illəri Əliağa Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.

O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi.

Ölümü thumb|Bakıda Əliağa Şıxlinskinin yaşadığı bina

O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı. Kitab generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu. Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazmışdır. Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.

1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosof-alim Heydər Hüseynovun özü təşkil etdi. Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı. Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.

Hərbi karyerası

Hərbi karyerasının başlanğıcı thumb|left|Kapitan Əliağa Şıxlinski, 1904-cü il

1883-cü ildə Əliağa Şıxlinski öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirmişdi. O, orda da nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı. Yunkerin müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış, təhsilin başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə portupey-yunkerliyə layiq görülmüşdü. Onun müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin idi. Əliağa Şıxlinski onlardan bütün yaxşı cəhətləri mənimsəmişdi. O, həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak etmiş, digər hərbi məktəblərin kurslarını dinləmişdi.

1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazandı: artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etmişdi.

Rus-yapon müharibəsi thumb|left|1905-ci ildə Port-Arturda artilleriya zabitləri komandir Əliağa Şıxlinski ilə

1904-cü il mayın əvvəllərində batareya yaponlara qarşı yürüşə çıxdı. Rus-yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Qalanın müdafiəsinin ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdi. Tanınmış hərbi tarixçi, general-mayor İ. Krupçenko sonralar yazırdı:

Şıxlinski onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. Qəhrəmanlığına görə onu "Müqəddəs Qeorqiy Pobedonosets" ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı:

1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında yazıdan:

thumb|150px|1905-ci il aprelin 5-də tibb komissiyasının Əliağa Şıxlinskinin hərbi xidmətə yararlı olmadığı haqqında verdiyi arayış

1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaxının səksən birinci nömrəsini min beş yüz yetmiş yeddinci səhifəsində mətndən:

Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa Şıxlinski ağır yaralanmışdır. O, Kinjo döyüşlərdə, "Zelyonnı" və "Volçye" dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. Avqustun əvvəllərində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan isə daima Laperovda olmuşdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.

Port-Artur qalası təslim olandan sonra müharibədə itirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi. Lakin onu buraxmadılar. Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir.

1905-ci il aprelin 5-də tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:

Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdü.

Artilleriya Zabitləri məktəbində xidməti thumb|120px|"Şıxlinski üçbucağı"nın sxemi

1906-cı il fevralın 1-dən avqustadək, Şıxlinski Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində kurs keçib. Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb. Həmin il Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini kəşf etdi. Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata keçirildi və özünü tamamilə doğrultdu. Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik "Şıxlinski üçbucağı" adlanan-hədəf göstərməsinin rasional üsulu oldu. Bu üsul ilkin olaraq batareyaları elə tuşlayır ki, seçilmiş oryentirdən yayınan, istənilən nöqtədə görünən hədəflər asanlıqla, müəyyən düzəlişlərin köməyi ilə ilkin tuşlama əsasında artilleriyanın atəşinin altına düşə bilər. Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı verirdi. O, 1907-ci ildə Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu.

1908-ci il 25 noyabrda Çarskoye-Seloda müqəddəs Qeorqi Pobedonosev ordeni günü bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi. O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.

Artilleriya — zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları təcrübədə tətbiq edən yenilikçi zabit kimi göstərirdi. Xidmətdə fərqləndiyinə görə, ona vaxtından əvvəl polkovnik rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzre komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi oldu. Tezliklə, "Artilleriya — zabitləri məktəbinin xəbərləri" jurnalı çıxmağa başladı. Jurnalın səhifələrində generalın özü də çıxış edirdi.

1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar. Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər. Bütün atəş üsulunun təşkilinə komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur. General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş) özlərində tətbiq etməyi elə oradaca qət edirdilər. Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare rus artilleristlərinin general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu mükafatların arasında generallara məxsus cəmi iki fəxri "Fəxri Legion ordeni" də vardı. Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim olunur.

1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aerostatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin, aerostata və təyyarələrə atəşin əsas müddəalarının işlənib hazırlanmasına başladı. Bu məsələ üzərində Əliağa Şıxlinski artıq çoxdan işləyirdi. Hələ 1911-ci ildə, məktəbdə hava hədəfinə atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif etmişdi. Artıq o vaxt Şıxlinski aviasiya və hava hücumundan müdafiənin perspektivini düzgün başa düşmüşdü.

Əliağa Şıxlinski məktəbdə qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur. Bu mühazirələr Baş Qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur. Onun "Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi", (1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar nəsr olunub) "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi sanballı kitabları çap olunmuşdur. Xüsusilə, sonuncu kitab topçular arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir. Həmin gəlirdən Əliağa Şıxlinskiyə qızıl pula 500 manat müəllif haqqı verilirdi.

Birinci Dünya müharibəsi thumb|left|Birinci Dünya müharibəsində Əliağa Şıxlinskinin taxdığı qoruyucu eynək. Azərbaycan Tarixi Muzeyi