Lezbiyanın gündəliyi (kat: Eloïse) — İspaniya rejissoru Xesus Gerayın 2009-cu ildə çəkdiyi katalan dilli filmdir.
Məzmunu
Dramda gənc qız olan Asiyanın Eloiza adlı rəssam qısa vurulmasından bəhs edilir. Qızlar bir yerdə təhsil alırlar, Asiya Eloisa üçün model kimi xidmət edir. Bir dəfə Eloiza Asiyaya çılpaq poza verməyi təklif edir və Asiya razılaşır. Bundan sonra onların münasibətləri dostluq çərçivəsini keçir və qızlar bir-birlərinə qarşı dostluqdan daha güclü bir hiss yaşatdıqlarını başa düşürlər. Lakin, onların münasibətlərinin qeyri-ənənəvi xüsusiyyəti Asiyanı narahat edir.
Nəhayət ki, Asiya oğlan sevgilisi Nataniellə münasibətlərini tamamilə kəsmək qərarına gəlir. Anası Asiyanın lezbiyanla görüşdüyünü başa düşür və buna mane olmağa çalışır. O, münasibətlərinin ildönümü münasibətilə Nataniel və Asiyanın görüşünü təşkil edir. Həmin müddətdə isə Eloizaya zəng edərək onlara gəlməsini xahiş edir. Eloiza gəlir və onların arasında qarşıdurma baş verir. Bu atada Asiya evdə qalmış çantasını götürmək üçün evə qayıdır. O, başa düşür ki, Eloiza az öncə burda olub və onun arxasınca gedir. İşıqforun qırmızı işığını görmədiyindən avtomobilin təkərləri altına düşür və daha sonra xəstəxanada vəfat edir.
Rollarda Diana Qomez - Asia Ariadna Cabrol — Eloiza Laura Konejero — Le Mare Bernat Saumell — Nataniyel Karolina Montoya — Erika Miranda Makaroff — Nora
Çəkiliş yerləri Katalan dilində olan film Kataloniyanın Barselona, Badalon, Kuqat-del-Vales, Terrasse və Tiane şəhərlərində çəkilib..
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:İspaniya filmləri Kateqoriya:İspaniyada çəkilən filmlər Kateqoriya:Lezbiyan filmləri Kateqoriya:LGBT mövzulu İspaniya filmləri Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:2009-cu ilin LGBT filmləri