Qunnar Nordal (; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.

Uğurları Futbolçu kimi İsveç çempionu: 1945, 1946, 1947, 1948 İsveç kubokunun qalibi: 1945 Olimpiya Oyunlarının qızıl medalçısı: 1948 İtaliya A Seriyasının qalibi: 1951, 1955 Latın Kubokunun qalibi: 1951, 1956

Şəxsi Milanın tarixi ərzində ən çox qol vuran oyunçu İsveçrədə ilin futbolçusu: 1947 Olimpiadanın futbol üzrə turnirinin bobmardiri: 1948 İsveçrə çempionatının bombardiri: 1943, 1945, 1946, 1948 İtaliya çempionatının bombardiri: 1950, 1951, 1953, 1954, 1955

Əlavə məlumat Oyunçunun İsveç millisində vurduğu qollar «World Futbol» saytındaki profili «FİFA» saytında profili

İstinadlar

Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İsveç futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:İsveç milli futbol komandasının oyunçuları Kateqoriya:İsveç futbol məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner İsveç futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Olimpiya qızıl medalına sahib İsveç idmançıları Kateqoriya:İsveç Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol üzrə olimpiya çempionları