Afaq Süleyman qızı Məlikova () — Azərbaycan rəqqasəsi, Azərbaycan SSR xalq artisti (1978).
Həyatı Afaq xanım 1947-ci il yanvar ayının 18-də Bakıda anadan olub. Uşaqlığı müharibədən sonrakı çətin illərə təsadüf edib. Kiçik Afaq elə uşaqlıqdan eşitdiyi musiqiləri dodaqaltı zümzümə edir, rəqs etməyi sevirdi. Qızlarının rəqsə hədsiz marağını görən valideynləri onu Bakı Xoreoqrafiya Məktəbinə təyin edirlər.
Leyla Vəkilovadan dərs alan gənc xanım istedadı sayəsində xalq artisti adına qədər yüksəlir.
Yaradıcılığı Afaq Süleyman qızı 1963–1974-cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və məşqçi pedaqoqudur. Azərbaycan xalq rəqslərinin ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 aprel 1975 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı — anl.az saytı "Şöhrət" ordeni — 28 dekabr 2001 "Şərəf" ordeni — 16 may 2017
Xatirəsi 2017-ci ildə İctimai televiziyada istehsal edilmiş Afaq Məlikova. Rəqs dünyam mənim adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
Mənbə Afaq Məlikovanın ad günü Xoreoqraf Şəhriyar Cəfərov: "Milli folklor rəqslərimiz uçurum astanasındadır" Şəhriyar Cəfərov: "Bu ölkədə vətənpərvərlik yad janra çevrilib"
Xarici keçidlər Afaq Məlikovanın quruluşunda Vağzalı rəqsi Səda — Milli və klassik rəqs üzrə birinci beynəlxalq musabiqə keçirilib (16. may 2016)
Kateqoriya:Azərbaycan rəqqasələri Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Bakı Xoreoqrafiya Akademiyasının məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri