Şirvanşahlar gerbi — Şirvanşahlar xanədanı və dövlətinin gerbi.
İlkin məlumat Şirvanşah I İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur. İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolu təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Engelbert Kempferin fikrincə şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur.Engelbert Kempfer, Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V : quibus continentur variae relationes, observationes & descriptiones rerum Persicarum et ulterioris Asiae, multa attentione, in peregrinationibus per universum Orientem, collectae.
İstifadə thumbnail|left|Qoşa Qala qapıları X əsr tarixçisi Həmzə İsfahani qeyd edir: "Kəsra (Nuşirəvan)… hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və… miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı."
Şirvanşahlar dövlətinin gerbinə XII əsrdə inşa edilmiş Qoşa Qala qapılarının üzərində rast gəlmək olar. 1683-cü ildə Bakının ilk qrafik təsvirini latın dilində yazmış olduğu 2 cildli kitabında vermiş alman alimi Engelbert Kempferin təsviri də bu faktı təsdiqləyir:
Şəhərin buxta üzərində yüksələn ən hündür hissəsi şah sarayı adlanan gözəl bir sarayla seçilir; o, qaya üzərində həqiqətən şah möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, tikiş yerləri belə sezilmir. Sarayın qapıları üzərində qarşı-qarşıya durmuş iki şir təsvir edilib. Həm də onların arasında başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib. İkinci qapının girişi üzərində də belə fiqur var. Qalanları müxtəlif saray binalarından ibarətdir
thumbnail|300px|right|Bakı və ətrafının xəritəsi. Xəritənin sağ-alt küncündə Şirvanşahların gerbi göstərilmişdir. Engelbert Kempferin təsvirlərinə həmçinin anonim olaraq nəşr olunmuş 1722–23-cü illərdə baş vermiş Rus-Fars müharibəsindən bəhs edən "Der Allerneueste Staat von Casan, Astracan, Georgien und Vieler Andern dem Czaren, Sultan und Schach, Zinsbaren und Unterthanen Tartarn, Landschaften und Provinzien: samt Einer Kurzen Nachricht von der Caspischen See, dem Daria-Strom, ingleichen von dem Persischen Hof, und Dessen Allerneuesten Staats- und Kriegs- Verfassung; zur Erläuterung der Russisch- und Persischen Kriegs-Operationen Entworfen, und mit Dienlichen Kupfern Ausgezieret" adlı əsərdə yer verilmişdir. Gerb həm də hazırda "Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi"nin loqosudur"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi / və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsinin loqosunda əksini tapıb.. Gerbi həmçinin Şamaxı rayonunun girişində görmək mümkündür. Bundan başqa Çar Rusiyası dövründə keçmiş Şirvanşahlar dövlətinə daxil olan uyezd və quberniyaların gerbində, sol-üst küncdə "şir" və "pələng" simvolları verilmişdir. Bu da Şirvanşahların gerbinin mirasıdır.
Qalereya
İstinadlar
Ədəbiyyat Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, "Avrasiya press", 2006, 416 səh.
Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:Gerblər