Abram Mkrtçyeviç Dastakyan yaxud Abram Nikitiç Dastakov () — Azərbaycan Xalq Cümhuriyyəti səhiyyə naziri, Daşnaksutyun Partiyası Bakı bürosunun sədri, Bakı Şəhər Duması və Bakı Şəhər İctimai Özünüidarəsi üzvü.

Həyatı 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu.Деятели революционного движения в России. Т. 3. Вып. 2. М., 1934. С. 1225–1226; ГАРФ. Ф. 102. ЗД. 1889. Д. 1289. Л. 2–4 Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" () təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907–1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu.ГАРФ. Ф. 102. 3Д. 1889. Д. 1289. Л. 3–3 об.; Деятели революционного движения в России. Т. 3. Вып. 2. С. 1225–1226 "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi.

Vəzifədən gedəndən sonra bir müddət Ermənistan Səhiyyə Naziri kimi işləmiş, daha sonra 1920-ci ildə Tbilisiyə köçmüşdü. Gürcüstanda Sovet hakimiyyətinin qurulmasından sonra Fransaya mühacirət etmişdir.

Siyasi fəaliyyəti 1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksutyun Partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu.Eduard Oqanesyan, "Vek Borbı", T. I, Münhen-Moskva, 1991 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında neft işləri üzrə komitənin sədri olmuşdur.

1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Abram Dastakyan da var idi.

Hökumətdə Nazirlik vəzifəsinə gəlmədən öncə Daşnaksutyun Partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50.000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə Dastakov General Tomsonun təkidi ilə Daşnaksutyun Partiyasının Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçkilərdə iştirak etməsi qərarını vermişdi.Ermənistan Respublikası Rəsmi arxivi, f. 200, op.1, iş.193, dəftər. I, səh. 94–115 14 mart 1919-cu ildə II Yusifbəyli hökumətində səhiyyə naziri vəzifəsinə təyin olunmuşdur.М. Волхонский, В. Муханов. Указ. раб., с. 227 Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması barədə müsbət addım kimi mərkəzə bildirilmişdi.Erməni Məlumat bürosu, Ermənistan Respublikası Rəsmi arxivi, f.200, c.1, iş.79, səh.197–198. 24 dekabr 1919-cu ildə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyev ilə əvəz olunmuşdur.

Ailəsi Aşxen Dastakyanla evlənmiş, üç övladı olmuşdu: Karen, Nina və Anna. Nəvəsi Anna Dastakyan Fransa vətəndaşıdır və ermənicə bilmir.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri Kateqoriya:Azərbaycanın səhiyyə nazirləri Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Bakı Şəhər Dumasının V çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının VI çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının VII çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının VIII çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının IX çağırış üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının X çağırış üzvləri Kateqoriya:Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri