Əbu Zəkəriyya Yəhya ibn Müəz bin Cəfər ər-Razi (; ) — seyri-süluk məqamlarından bəhs edən ilk sufilərdən.
Müridlərin əməl etmələri olduqları qaydaları ehtiva edən "Kitabül-Müridin" adlı əsəri bu sahədə yazılmış ilk əsərlərdən biridir.
Həyatı 786-cı il civarında Reyde doğuldu. Həyatının çoxunu Nişapurda keçirdi. Bağdad, Şiraz və Bəlx kimi elm və mədəniyyət mərkəzlərinə müxtəlif səyahətlər gerçəkləşdirdi. Ondan nəql edilən sözlər yaxşı bir təhsil aldığını nümayiş etdirir. Müəllimləri və şeyxləri arasında Əhməd ibn Hərb və Fudeyl ibn İyad kimi adlar vardır.
Başda Louis Massignon olmaq üzrə bəzi araştırmaçılar, onu kərramiyyə məzhəbinin qurucusu Məhəmməd ibn Kərramın şagirdləri arasında göstərmişlərsə də, bu doğru deyildir. Mənbələrdə Yəhyanın Bayəzidi-Bəstami, Hatim əl-Əsam, Əbu Turab ən-Naxşəbi və Cüneydi-Bağdadi kimi sufilərlə görüşdüyü qeyd edilməkdədir. Ondan faydalananlar arasında Əbu Osman əl-Hiri, Hakim ət-Tirmizi, Yusif ibn Hüseyn ər-Razi kimi alimlər vardır. Məzhəblər tarixinə dair ən əski kitablardan "ər-Rəd alə əhlil-bidə vəl-əhva" adlı əsərin müəllifi Məkhul ibn Fəzl ən-Nəsəfi də Yəhyanın şagirdlərindəndir. Mənbələrdə "vaiz" sifətiylə anılan Yəhya ibn Müəzın əməli yöndən hənəfi, etiqadi yöndən mürciəyə mənsub olduğu bildirilməkdədir. Onun təqibçileriyle birlikde mürciədə müəziyyə deyə bir qol meydana gəlmişdir. Digər tərəfdən həmin dövrdə meydana çıxan Məlamətiyyə hərəkatı ilə olan təması səbəbi ilə bəzi tədqiqatçılar onu bu hərəkatın mənsublarından biri hesab etmişlər. Lakin təsəvvüf görüşlərinin bu hərəkata uymaması, bu hərəkatın qabaqcıl simaları ilə anlaşmazlıqlarının olması onun bu hərəkatın üzvü olmadığını nümayiş etdirmişdir.
O, 16 Cəmaziyələvvəl hicri 258-ci (30 mart 872) ildə tarihinde Nişaburda vəfat etmiş və Məmər qəbiristanlığında dəfn edilmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Sufilər Kateqoriya:IX əsr şəxsləri Kateqoriya:Farslar Kateqoriya:Hənəfilər