Anita Ekberq (; 29 sentyabr 1931, Malmö — 11 yanvar 2015, Rokka-di-Papa) — İsveç aktrisası və fotomodeli.
Həyatı Ekberqin Hollivud karyerası 1951-ci ildə İsveç gözəli qismində Dünya Gözəllik müsabiqəsində iştirak etmək üçün ABŞ-yə gəlməsindən sonra başlayıb.
O, Con Ueyn, Frank Senatra, Bob Hop və Henri Fonda kimi Hollivud ulduzları ilə filmlərdə çəkilib və 1956-cı ildə ən perspektivli gənc aktrisa kimi Qızıl Qlobus mükafatının qalibi olub.
Anita Ekberq Trevi fontanında məşhur səhnələri ilə tanınan “La Dolce Vita” filmindəki roluna görə dünya şöhrətli kino ulduzuna çevrilmişdir.
1960-cı ildə italiyalı rejissor Federiko Fellininin çəkdiyi klassik “La Dolce Vita” filmində rolu ilə məşhurlaşan isveç aktrisası Anita Ekberq 83 yaşında vəfat edib.
Filmoqrafiya Şirin həyat
Xarici keçidlər
Kateqoriya:İsveç aktrisaları Kateqoriya:İsveç fotomodelləri Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:İsveç film aktrisaları