144px|alt=large capital lambda|Proqramlaşdırma dili nəzəriyyəsi|link=Proqramlaşdırma dili nəzəriyyəsi 144px|alt=Plot of a quicksort algorithm|Hesablama mürəkkəbliyi nəzəriyyəsi|link=Hesablama mürəkkəbliyi nəzəriyyəsi 144px|alt=Utah teapot representing computer graphics|Kompüter qrafikası|link=Kompüter qrafikası 144px|alt=Microsoft Tastenmaus mouse representing human-computer interaction|İnsan-kompüter qarşılıqlı əlaqəsi|link=İnsan-kompüter qarşılıqlı əlaqəsi İnformatika elmi informasiya və hesablamanın nəzəri əsasları ilə yanaşı, bu əsasların həyata keçirilməsi və tətbiqi üçün praktiki üsullarla məşğul olur.

İnformatika (fr. informatique; ing. computer science) – verilənlərin saxlanması, emalı və ötürülməsi məsələləri ilə məşğul olan elm sahəsi. Bəşəriyyət bu məsələlərlə həmişə məşğul olmuşdur, ancaq informatika müstəqil fənn kimi yalnız XX əsrin 70-ci illərinin sonunda ayrılmışdır. Bunun da başlıca təkanı fərdi kompüterlər olmuşdur. İnformatika başlanğıcını kibernetika və riyaziyyatdan götürür. Burada riyazi məntiqin xüsusi rolu olmuşdur. Kibernetika isə kompüterlərin yaradılması üçün nəzəri zəmin yaratmışdır. İnformatikanın texniki əsasını mikroelektronika və yeni materiallar (yarımkeçiricilər, plastmaslar) təşkil edir. İnformatikanın özünün də müstəqil bölmələri vardır: proqramlaşdırma, informasiya sistemləri, idarəetmə sistemləri, verilənlər bazaları, süni intellekt. İngilisdilli ölkələrdə "informatika" əvəzinə "computer science" (kompüter elmi) ifadəsindən istifadə olunur.

İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.M. S. Xəlilov – "İnformatika"-dərslik-Bakı-2010

"İnformatika" terminini ilk dəfə 1957-ci ildə alman alimi Karl Şteynbux elmə daxil etmişdir: onun məqaləsi (İnformatika: Avtomatik informasiya emalı) adlanırdı.

İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt hardware (aparat), software (proqram), brainware (beyin) təminatları şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri aşağıdakılardır;

İnformasiya nəzəriyyəsi; Yeni aparat vasitələrinin (hardware) işlənməsi; Proqram təminatının (software) işlənməsi; Proqramlaşdırma dilləri; Kompüter şəbəkəsi; Süni intellekt sistemləri və s.

İnformatika fənninin predmeti İnformatika – fərdi kompüterlərdən və internetdən istifadə etməklə bağlı olan yeni elmi fənn və yeni sənaye sahəsi kimi; İnformatika elmi fənn və istiqamət kimi kompüterlerin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənməsi; İnformatikanın əsasları – hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan elmlərin təşkil etməsi. İnformasiya texnologiyalarının reallaşdırılmasının səmərəli təşkili.

thumb|Çarlz Bebbic thumb|Ada Lavleys

Tarixi İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur.

İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır; 1675-ci ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır; 1830-cu ildə Çarlz Bebbic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebbicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur; 1930-cu ildə A. Türinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-də ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamışdır və element bazasına görə aşağıdakı mərhələlərdən keçmişdir:

I nəsil (1950–1959) – elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s. II nəsil (1960–1969) – element bazası əsasən yarımkeçiricilərdən ibarət olan kompüterlər. Onların funksional imkanları xeyli artmışdır. BESM-4, Minsk-22, Ural-14 və s. III nəsil (1970–1985) – element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil kompüterlərin bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-nin RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi. IV nəsil (1981-dən sonrakı dövr) böyük və çox böyük inteqral sxem (BİS, ÇBİS) texnologiyası ilə yaradılan mikro və minikompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir (FK, PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: IBM AT 286, AT 386, AT 486 və s. Superkompüterlər çox baha başa gəldiyindən, onlar üçün xüsusi şərait və personal tələb olunduğundan dünya üzrə onların sayı çox azdır. Ona görə də son zamanlar virtual superkompüterlərin yaradılması istiqamətində bir çox ETİ aparılır. Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika nəinki bir elm sahəsi kimi formalaşmış, həm də artıq o, fundamental elm sahəsinə çevrilərək bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Misal üçün nəzəri informatika, informasiya nəzəriyyəsi, texniki informatika, iqtisadi, bioloji, sosial, hüquqi, tibbi informatika və s. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.

İnformasiya ölçüsü

İnformasiyanı ölçmək üçün elementar vahid kimi bit (ingiliscə binary digit sözündən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

1 bayt = 8 bit; 1 Kb (kilobayt) = 1024 bayt = 210 bayt; 1 Mb (meqabayt) = 1024 Kb = 220 bayt; 1 Gb (qiqabayt) = 1024 Mb = 230 bayt; 1 Tb (terabayt) = 1024 Gb = 240 bayt; 1 Pb (petabayt) = 1024 Tb = 250 bayt; 1 Eb (ekzabayt) = 1024 Pb = 260 bayt; 1 Zb (zettabayt) = 1024 Eb = 270 bayt; 1 Yb (yottabayt) = 1024 Zb = 280 bayt.

İnformatikanın digər elm sahələrinə tətbiqi İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin nümunəsində İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı və informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşdı. İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır. Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır. Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin üzərinə düşür. Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.

Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır.

Azərbaycanda informatika Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır. 1980-ci illərdən başlayaraq isə Respublika üzrə "RAİS-Azərbaycan"ın yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, AzTU-da informatika profilli kadrlar hazirlanmağa başlanılmışdır. Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.