Fernando Luqo (; d. 30 may 1951, San Solano, Paraqvay) — Paraqvay Respublikasının Prezidenti (2008-2012).

Həyatı 30 may 1951-ci ildə Paraqvayın San Solano şəhərində anadan olmuşdur.Paraqvay Respublikasının Prezidenti Fernando Luqonun tərcümeyi-halı. mfa.gov.az

Dini fəaliyyəti Orta təhsilini Enkarnasion şəhərindəki dini məktəbdə almışdır.

15 avqust 1977-ci ildə keşiş, 1977-1982-ci illərdə Ekvadorda missioner olmuşdur.

17 aprel 1994-cü ildə Roma Katolik Kilsəsinin yepiskopu seçilmişdir

Siyasi fəaliyyəti 29 oktyabr 2007-ci ildə Paraqvayın Xristian Demokratlar Partiyasının üzvü olaraq, həmin partiyadan Prezident seçkilərinə öz namizədliyini irəli sürmüş və 2008-ci ildə ölkənin Prezidenti seçilmişdir. 22 iyun 2012-ci ilə qədər bu vəzifədə olmuşdur.

Ailəsi 1 övlad atasıdır.

Şəkilləri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Paraqvayda doğulanlar Kateqoriya:Paraqvay siyasətçiləri Kateqoriya:Paraqvay prezidentləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Xristianlıq