Sergey Paracanov (; ) — sovet kinorejissoru və ssenari müəllifi. Ukrayna (1990) və Ermənistan SSR xalq artisti (1990). Mar del Plata Film Festival, Istanbul Beynəlxalq Film Festivalı, Nika Awards, Rotterdam Beynəlxalq Film Festivalı, Sitges — Katalan Beynəlxalq Film Festivalı, Sao Paulo Beynəlxalq Film Festivalı kimi festivallarda dəfələrlə mükafatlar qazanıb.

Həyatı 9 yanvar 1924-cü ildə Tbilisidə İosif Paracanov və Siranuş Becanovanın ailəsində doğulub. Orta təhsili 1932–1942-ci illərdə 42 saylı Tbilisi orta məktəbində alıb. 1945-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olaraq rejissorluq üzrə təhsil almağa başlayıb. 1950-ci ildə ilk həyat yoldaşı Nigar Kərimova ilə evlənib. Onun sonrakı il qohumları tərəfindən öldürülməsindən sonra 1956-cı ildə Svetlana Şebartiuk ilə evlənib.

Həbsi 1973-cü ildə Sergey Paracanov homoseksuallığını (və ya biseksuallığını) gizlətmədiyinə görə İrəvandan Kiyevə gələrkən həbs edilmişdi.Александр Корчинский. Вся правда о судимостях Сергея Параджанова. Часть I // Газета "Сегодня", 29 января 2008.Александр Корчинский. Вся правда о судимостях Сергея Параджанова. Часть II // Газета "Сегодня", 30 января 2008. Sənətkarın beş illik həbs cəzasına məhkum edilməsinə dünyanın ən nüfuzlu sənət xadimləri etiraz etmişlər. Fransua Trüffo, Jan-Lük Qodar, Federiko Fellini, Lukino Viskonti, Roberto Rossellini, Mikelancelo Antonioni, Andrey Tarkovski və Lui Araqon Brejnevə məktubla müraciət edərək Paracanovun azad edilməsini xahiş etmişdilər və yalnız bundan sonra 30 dekabr 1977-ci ildə Paracanov azadlığa buraxılmışdır.Мария Малевская: "Параджанов раскрашивал листья краской. Природы ему было мало". Беседа с Валентиной Шедания // РИА Новости — Украина

Filmoqrafiya İlAzərbaycanca adıOrijinal adı1951Moldova nağılıМолдавская сказка1954AndrieşАндриеш1958DumkaДумка1958İlk adamПервый парень1959Nataliya UjviyНаталия Ужвий1960Qızıl əllərЗолотые руки1961Ukrayna RapsodiyasıУкраинская рапсодия1962Daşda gülЦветок на камне1965Unudulmuş əcdadların kölgələriТіні забутих предків1965Kiyev FreskolarıКиевские фрески1967Hakob HovnatanyanՀակոբ Հովնաթանյան1968Komitasın uşaqlarıԵրեխաներ Կոմիտասին1969Narın rəngləriՆռան գույնը1985Suram qalası əfsanəsiამბავი სურამის ციხისა1985Pirosmani mövzusunda arabeskАрабески на тему Пиросмани1988Aşıq Qəribაშიკი ქერიბი1989–1990EtirafԽոստովանանք

Həmçinin bax Sergey Paracanov muzeyi

İstinadlar

Xarici keçidlər Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur // BBC Azərbaycanca

Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:İrəvanda vəfat edənlər Kateqoriya:Ermənilər Kateqoriya:Ermənistan SSR xalq artistləri Kateqoriya:Ukrayna SSR xalq artistləri Kateqoriya:Ssenaristlər Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Ermənistanda LGBT şəxslər Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Antihomoseksual qanunvericiliklə məhkum olunanlar Kateqoriya:"Ukraynanın milli əfsanəsi" mükafatı laureatları Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Sergey Paracanovun filmləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikası şəxsləri