Adil Teymur oğlu Şükürov () — Azərbaycan futbol məşqçisi və sabiq futbolçu, "Sumqayıt" Futbol Akademiyasının direktoru.

Həyatı Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib.

Ailəsi Evlidir, 3 qızı var.

Futbolçu karyerası 1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur. 1989-cu ildə məşqçisi Valeri Pavloviç Moskva şəhərinin Penza rayonunun futbol akademiyasına idman direktoru təyin olduğuna görə, Adili həmkarlar ittifaqı komandasının 1977-ci il təvəllüdlülərindən ibarət komandasına keçməyini məsləhət görür. Bu komandada Xlucin Vitali Stepanovıç və Zalatarov İvan Sirqeyeviçin rəhbərliyi altında bir dəfə Azərbaycan birinciliyinin ikincisi və bir dəfə də Azərbaycan kubokunun qalibi olmuşdur. 1992-ci ildən Azərbaycanın birinci heyətinin "Azal" komandasına və bir il sonra 1993-cü ildə "Neftçi"nin əsas komandasının təlim məşq toplanışlarına Vaqif Sadıqovun rəhbərliyi altında dəvət olunur. "Neftçi"də təlim məşq toplanışlarında hazırlıq keçdikdən sonra həmin komanda ilə müqavilə bağlasa da, yaşının az olması səbəbindən onu "Neftçi"nin ikinci komandası olan "Zabrat" komandasına icarəyə verirlər. Elə həmin il də bu komanda ilə Azərbaycan cempionu olaraq, ölkənin yüksək liqasında oynamaq imkanı qazanır.

1995-ci ilə qədər "Zabrat" komandasında yüksək liqada oynayır. 1995–1997-ci illərdə ölkənin yüksək liqasında oynayan "Fərid" FK-da, 1997–1998-ci il mövsümündə "Şəfa" komandasında, 1998–1999-cu illərdə isə "Bakılı" komandasında oynayır. "Bakılı" komandasında oynayan zaman ölkənin 21 yaşlılardan ibarət milli komandasına dəvət alır.

1999–2001-ci illərdə "Kəpəz" FK ilə Azərbaycan cempionatının gümüş medalını qazanır və ölkə kubokunun qalibi olur. 2001–2002-ci il mövsümündə "Xəzər Universiteti" komandasında, 2002–2003-cü il cempionatında yenidən "Bakılı" komandasinda ölkə kubokunun yarımfinalına qədər irəliləyir. 2003–2005-ci il cempionatında "Şəfa" klubu ilə ölkə çempionatının bürünc medalını qazanır. 2005–2006-cı il mövsümündə Cənubi Azərbaycanın "Traktor Sazi" komandasında oynayaraq İran çempionatında iştirak edən komandalar arasında 4-cü yeri qazanırlar. 2006–2007-ci il çempionatında "Karvan" komandası ilə Azərbaycanda ilk dəfə olaraq UEFA kubokunda mərhələ adlayır. 2007–2008-ci ci il mövsümündə Sumqayıt şəhərinin "Gənclərbirliyi" klubunda futbolçu kimi çıxış etdiyi son komanda oldu.

+ Peşəkar futbolçu karyerası Mövsüm Klub Liqa Ölkə 2007 – 2008 MOİK Bakı FK Premyer Liqa 2006 – 2007 Karvan İK (Yevlax) Premyer Liqa 2005 – 2006 Traktor FK (Təbriz) Premyer Liqa 2003 – 2005 Şəfa FK Premyer Liqa 2002 – 2003 Bakılı PFK Premyer Liqa 2001 – 2002 Xəzər Üniversiteti FK (Bakı) Premyer Liqa 1999 – 2001 Kəpəz PFK (Gəncə) Premyer Liqa 1995 – 2006 187 Matç – 18 Qol Premyer Liqa 1994 – 1998 U17/19/21 Milli Komanda

Məşqçi karyerası 2008-ci ildən isə məşqçılık karyerasına başlayır. "Bakı"nın məşqçisi millidə Elə həmin il AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılır və bu kursu fərqlənmə ilə bitirir. Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasında Alman mütəxəssis Oliver Pelserin yanında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirir. 2009–2010-cu illərdə Oliver Pelserlə birlikdə Azərbaycanın 17 yaşlılardan ibarət komandasında yenidən köməkçi məşqçi kimi işləyir. 2010–2011-ci illərdə isə Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasında baş məşqçi kimi işini davam etdirir. 2011–2012-ci ildən "Bakı" FK-nun 14 yaşlılardan ibarət komandası ilə bürünc, 2012–2013-cü il çempionatında isə baş məşqçi kimi "Bakı" FK-nun 15 yaşlılardan ibarət komandası ilə ölkə çempionatinin gümüş medalını qazanır. 2013–2014-cü il mövsümündə isə "BAKI" FK-nun 17 yaşlılardan ibarət komandasında baş məşqçi kimi ölkə çempionu və ölkə kubokunun qalibi adlarını qazanır.

Bundan sonra əldə etdiyi bütün bu nailiyyətləri nəzərə alaraq, klub rəhbərliyi Adil Şükürovu ən yüksək məşqçilik kateqoryası olan "UEFA PRO" kursuna qatılmağını məsləhət gördü. Bu kurs çərçivəsində Adil Şükürovun Türkiyənin ən böyük klublarından olan "Fənərbaxça" komandasının uşaq futbolunun strukturunu öyrənir. "BJK"-nın "A" komandasında Slaven Biliçin yanında bir həftə təcrübə keçir.

"Zirə" futbol klubunun baş məşqçisi kimi fəaliyyət göstərmişdir. "Zirə"nin baş məşqçisi uğurun sirrini açdı (Müsahibə)

Adil Şükürov hal-hazırda "Turan Tovuz" futbol akademiyasının direktoru kimi fəaliyyətini davam etdirir.

Kəpəz Adil Şükürov 13 noyabr 2023-cü ildə "Kəpəz" futbol klubunun baş məşqçisi seçilib və onunla iki illik müqavilə bağlanılıb. 29 avqust 2024-cü ildə o, bu vəzifədən öz qərarı ilə istefa edib və klubdan ayrılıb. Komanda onun başçılığı altında 29 oyunda 8 qələbə qazanıb, 16 dəfə uduzub.

10 iyun 2025-ci ildə Adil Şükürov yenidən "Kəpəz"in baş məşqçisi təyin edilib və onunla 2 illik müqavilə imzalanıb. Onun komandaya rəhbərlik etdiyi dönəmdə oynanmış 5 matçın hamısı "Kəpəz"in məğlubiyyəti ilə nəticələnib. Bu uğursuzluq səbəbi ilə azarkeşlərdə yaranmış etirazlar fonunda 20 sentyabr 2025-ci ildə oynanılmış "Qəbələ" – "Kəpəz" qaşırlaşmasında Adil Şükürov ilə azarkeşlər arasında insident yaşanıb və o, azarkeşlərdən birini təhqir edib. Bu insidentdən sonra 22 sentyabr 2025-ci ildə "Kəpəz" Şükürovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Səbail 29 noyabr 2025-ci ildə o, "Səbail" klubunun baş məşqçisi təyin olunub. I Liqanın XX turunda "Baku Sportinq"lə oyunda hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Həmin mövsüm klub turniri 3-cü pillədə bitirmişdi. Bundan sonra onun müqaviləsi uzadılmamışdır.

Sumqayıt Futbol Akademiyası 2 iyul 2026-cı ildə "Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. + Peşəkar məşqçi karyerası Mövsüm Klub Liqa Ölkə2026"Sumqayıt" Futbol Akademiyasında texniki direktorAzərbaycan Premyer Liqası2025 – 2026"Səbail"də baş məşqçiAzərbaycan I Liqası2025"Kəpəz PFK"-da baş məşqçiAzərbaycan Premyer Liqası2023 – 2024"Kəpəz PFK"-da baş məşqçiAzərbaycan Premyer Liqası 2021 – 2022 Turan Tovuz Futbol Akademiyasında direktor Futbol Akademiyası 2019 – 2020 "Şüvəlan FK"-da baş məşqçi Azərbaycan I Divizionu 2017 – 2019 "Zirə FK" Futbol Akademiyasında direktor Futbol Akademiyası 2015 – 2017 "Zirə FK"-da baş məşqçi Azərbaycan Premyer Liqası 2013 – 2015 U17 Bakı FK-da baş məşqçi Bakcell U17 Liqa 2012 – 2013 U15 Bakı FK-da baş məşqçi Kapital Bank U15 Liqa 2011 – 2012 U14 Bakı FK-da baş məşqçi U14 Liqa 2010 – 2011 U17-də baş məşqçi Milli komanda 2009 – 2010 U17-də köməkçi məşqçi Milli komanda (Məşqçi Oliver Pelzer) 2008 – 2010 U15 Bakı FK-da köməkçi məşqçi Kapital Bank U15 League (Məşqçi Valeri Şakarov) 2008 U15-də köməkçi məşqçi Milli Komanda (Məşqçi Oliver Pelzer)

İstinadlar

Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Şükürov Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular