"Nə vaxt evlənəcəksən?" () — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri.Emil Bağırov. "Nə vaxt evlənəcəksən?" – 300 milyon dollar. kult.az, 07.02.2015.
Təsviri Rəsmdə iki taitili qız əks olunub.
Qiyməti Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb.
Sərgilənməsi Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:Pol Qogenin rəsm əsərləri Kateqoriya:1892-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Taiti mədəniyyəti Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər