Cəlaləddin Məhəmməd Dəvani (; — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi.В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Юу. Э. Брегель. Часть II. История Ирана, Курдистана, Средней Азии, Афганистана, Турции, Кавказа, Арабских стран, Европы и Америки, Китая и Японии. Ответственный редактор Ю.Э. Борщевский. Москва: Главная редакция восточной литературы, 1972, 616 стр. (от 699 до 1314) Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. Müəəlifin müxtəlif mövzulu 80-dən artıq əsəri mövcuddur.
Həyatı İbtidai təhsilini doğulduğu Dəvan kəndində, dövrünün tanınmış alimlərindən biri olan atası Səadəddin Əsədin yanında almışdır. Daha sonra bir müddət Suzar dağının mağarasında təcrid həyatı yaşamış, ardınca elmi fəaliyyətini davam etdirmək məqsədilə Şiraz şəhərinə yollanmış, Mövlana Möhyəddin Kuşəkənarinin və Mövlana Həsənşah Baqqalın yanında təhsil almağa başlamışdır. Burada müxtəlif elmi sahələrində biliklərini təkmilləşdirmiş və həm sünni, həm də şiə məzhəbindən olan çevrələr tərəfindən ehtiramla qəbul edilən nüfuzlu alimlərdən birinə çevrilmişdir.Şirəliyev N. Ağqoyunlu Hərbi Təşkilatına Baxış, s. 243 thumb|364x364px|Cəlaləddin Məhəmməd Dəvaninin məqbərəsi Müəyyən dövrdə siyasi fəaliyyətlərlə də məşğul olmuş, Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Yusifin vəziri kimi fəaliyyət göstərmişdir. Lakin sonralar əsas diqqətini elmi fəaliyyətə yönəltmişdir. Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən Fars vilayətinin Qaziül-quzzatı (baş qazisi) vəzifəsinə təyin olunmuşdur. Sultan Yaqubun vəfatından sonra da Fars vilayətində tədris fəaliyyətini davam etdirmişdir.
Alim 1503-cü ilin yanvar ayında qısa sürən bir xəstəlik nəticəsində, 78 yaşında vəfat etmişdir. Məqbərəsi doğma yurdu olan Dəvan kəndində yerləşir.
Əsərləri Əxlaqi Cəlali Ərznamə
Mənbə В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор. В трех частях. Перевел с английского, переработал и дополнил Юу. Э. Брегель. Часть II . История Ирана, Курдистана, Средней Азии, Афганистана, Турции, Кавказа, Арабских стран, Европы и Америки, Китая и Японии. Ответственный редактор Ю.Э. Борщевский. Москва: Главная редакция восточной литературы, 1972, 616 стр. (от 699 до 1314) Cəlaləddin Məhəmməd Dəvani. Uzun Həsənin ordusu: Hərbi keçidə baxış. tərc. Şahin Fərzəliyev, Araş İftixari. "Birol Group" MMC, Bakı, 2022, - 112 s. Şirəliyev Nəriman. "Ağqoyunlu hərbi təşkilatına baxış (Cəlaləddin Məhəmmməd Dəvaninin Ərznamə əsəri əsasında)". “Gəncədən Başlayan Dövlətçilik Səlnaməsi” mövzusunda Respublika Elmi Konfransın Materialları. Gəncə: Elm Nəşriyyatı. 27 may 2025, ss. 243-251 Rumlu Həsən bəy. Əhsənüt-Təvarix (Tarixlərin ən yaxşısı). tərc. Oktay Əfəndiyev, Namiq Musalı. Kastamonu: Uzanlar. 2017.
İstinadlar
Xarici keçidlər Davānī, Jalāl-al-dīn Mohammad — Encyclopædia Iranica Kateqoriya:İran filosofları Kateqoriya:Sünni imamları Kateqoriya:İran şairləri Kateqoriya:İslam filosofları Kateqoriya:XV əsr şairləri