Milli partiya ( üstəlik Ağ partiya da adlandırılırdı ) — Uruqvayın sağ yönümlü konservativ siyasi pardiyasıdır. Hazırda ölkəni idarə edən Geniş Cəbhə koalisiyasına daxil olan partiyalardan biridir.

Tarixi Partiyanın əsası 10 avqust 1836-cı ildə Manuel Oribe tərəfindən qoyulmuşdur. Uruqvay Kolorado Partiyası ilə birlikdə ölkənin köklü partiyalarından sayılır. 1863-1865 ci illərdə baş verən Uruqvay müharibəsi nəticəsində Kolorado partiyası Milli partiyanı siyasi arenadan sıxışdırıb cıxarır. 1972-ci ildən partiya adını dəyişərək Ağ partiyadan Milli partiyaya çevrilir. XX əsrdə müəmmalı hadisə baş verir, belə ki, 1931-1959-cu illərdə Azad Milli partiya yaranır. Rəsmən iki partiya yaransa da rəsmilər ölkədə yalnız bir Milli partiyası olmasını bildirirlər.

2004-cü il seçkiləri 2004-cü ildəki seçkilərdə Milli partiya deputatlar palatasına 99 yerdən 36, senatda 31 yerdən 11-inə sahib idilər. Onun prezidentliyə namizədi Xose Larranyaqa seçkilərdə 35,01% səs toplamışdı.

2009-ci il seçkiləri Sonuncu seçkilərdə deputatlar palatasında 31 yer, Senatda isə yer almağa müvəffəq olmuşdur. Prezident seçkilərində onun namizədi Luis Alberto Lakale 25 oktyabrda seçiçilərin 29.07% toplamağa müvvəfəq olur.

Mənbə Partiyanın rəsmi saytı

Kateqoriya:Uruqvay siyasi partiyaları Kateqoriya:10 avqustda yarananlar Kateqoriya:1836-cı ildə yarananlar Kateqoriya:Mühafizəkar partiyalar