Faiq Məmmədəli oğlu Abdullayev () — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, Almaniya və Fransada keçirilən elmi konqreslərdə təmsil etmişdir.
Elmi nailiyyətləri Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənaye tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi
Elmi əsərləri Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir.
Mükafatları 1970 — "Rəşadətli Əməyə görə" medalı 1977 — "Qırmızı əmək bayrağı" ordeni medalı 1981 — SSRİ Nazirlər Sovetinin mükafatı laureatı
İstinadlar
Xarici keçidlər
Bakı, 1976. Google Scholar profili Google Scholar Citations
Kateqoriya:İnformasiya Texnologiyaları İnstitutunun alimləri (Azərbaycan) Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professorları