thumbnail|Girnədən görünüş. Şimali Kipr Türk Respublikası inzibati cəhətdən 6 ilçəyə bölünmüşdür. İlçələr Şimali Kiprin ən böyük inzibati vahididir. Bu ilçələr isə cəmi 12 bucağa bölünmüşdürlər.
Hər ilçə kaymakam tərəfindən idarə olunur. Kaymakam mərkəzi idarə ilə əlaqə yaradır və ilçədəki fəalliyyətlər haqqında məlumat verir. Kaymakamlıqlar Daxili İşlər və Yerli İdarələr Nazirliyinə bağlıdır. Kaymakamlar səsvermə ilə deyil, vəzifəyə gətirilmə ilə vəzifəyə təyin olunur. Kaymakamla yanaşı kaymakam köməkçisi də olur. Bununla yanaşı idarə sistemini əmələ gətirən digər quruluşlar İlçə Koordinasiya Qurumu və İlçə Təhlükəsizlik Qurumudur.
İlçələr millət vəkili seçkilərində seçki bölgəsi statusundadırlar və millət vəkili ilçəyə görə seçilir.
Güzelyurt və İskələ 1998-ci ildə yaradılmışdır. Bundan əvvəl Güzelyurt ilçəsi Lefkoşa, İskələ ilçəsi isə Qazimağusa ilçəsinə bağlı idi. 2016-cı ildə Lefke ilçəsi yaradılmışdır.
Xəritə Şimali Kipr Türk Respublikasının ilçələri bu xəritədə göstərilmişdir.
600px Lefkoşa Girnə İskələ Güzelyurt Gazimağusa Lefke
Siyahı İlçəSahə (km²)Əhali (2021) (de fakto)Əhali sıxlığı (əhali/km²)BucaqlarKaymakamŞəkilŞKTR-də yeriQeydQazimağusa 997 77.330 77,56 Akdoğan Qazimağusa (mərkəz) Geçitkale Dürdane Acı 120px 140px Girnə 690 81.802 118,55 Girnə (mərkəz) Çamlıbel Mustafa Erişmen 120px 140px Güzelyurt 219 25.500 116,44 Güzelyurt (mərkəz) Tevfik Direnç 120px 140px İskələ 774 32.126 41,51 Mehmetçik İskələ (Mərkəz) Yeni Ərənköy Kemal Yılmaz 120px 140px Lefke 162 16.071 99,2 Lefke (mərkəz) Halil Çorba 140px Lefkoşa 513 158.671 309,30 Değirmanlık Lefkoşa (mərkəz) İbrahim Basri 120px 140px
İstinadlar
Kateqoriya:Şimali Kipr Türk Respublikası Kateqoriya:Asiya ölkələrinin inzibati bölgüsü Kateqoriya:Avropa ölkələrinin inzibati bölgüsü