İl-76 qəzası — 18 oktyabr 1989-cu ildə baş vermiş təyyarə qəzası.Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI — SİYAHI modern.az, 23.02.2015

Qəza Həmin gün SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Sumqayıtdan — Nasosnu aviabazasından Ukraynaya aparan İl-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğramışdır. Qəza zamanı 1600 metr yüksəklikdə ikən təyyarənin sağ mühərriki alışaraq qopmuş, nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi təyyarənin yerə çırpılmasına səbəb olmuşdur.

Qəza nəticəsində 9 heyət üzvü, 48 desant olmaqla, 57 nəfər həlak olmuşdur.

Statistika Qəza İl-76 təyyarəsinin 17-ci qəzası olmaqla, indiyədək keçirdiyi 3-cü ən ağır qəzadır. Qəza həmçinin Azərbaycan ərazisində baş vermiş ən ağır təyyarə qəzasıdır.

İstinadlar

Kateqoriya:18 oktyabrdakı hadisələr Kateqoriya:1989-cu ildəki hadisələr Kateqoriya:1989-cu ildə Azərbaycan Kateqoriya:İlyuşin İl-76 ilə bağlı qəzalar və insidentlər Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:SSRİ-də aviasiya hadisələri