Con Ambroz Fleminq (, ) — İngiltərə fiziki və elektrik mühəndisi.
Kəşfləri Elektrik dünyasına bir çox ixtira qazandıran Fleminqin ən tanınmış icadı elektrik diodu lampasıdır. 1883-cü ildə Tomas Edison elektrik lampası üzərində işlər apararkən içi boşaldılmış lampada iki elektroddan birinin qızdırılması zamanı soyuq elektroda bir axının baş verdiyini müşahidə etmişdi. Bu zaman Tomas Edisonla işləyən Fleminq bu hadisə ilə maraqlanaraq öyrənməyə qərar vermişdir. 1900-cü ildə Fleminq iki elektrodlu lampadan istifadə edərək radio dalğalarının alına biləcəyini və düz axına çevrilə bildiyini tapmışdır. Fleminq lampasında bateriya ilə qızdırılan bir elektroddan (katod) yaranan elektrik axını soyuq elektroda (anod) hərəkət edirdi.
Anoda bir siqnal bağlandıqda siqnalın katoddan pozitiv olduqda axın davam edirdi, amma neqativ olduqda kəsilirdi. Beləliklə, gələn siqnalların ancaq bir istiqamətdə irəliləməsini təmin edən bu lampanın bir radio dövrəsinə yerləşdirilməsi ilə bir daşıyıcı dalğa ilə göndərilən radio dalğalarını qəbul etmək mümkün idi.
Fleminqin 1904-cü ildə patentini aldığı elektrik diodu lampası ABŞ-də De Forest tərəfindən üçüncü elektrod da əlavə edilməsi ilə daha da təkmil olmuşdur. Bu siqaret şəkilli üçüncü elektrod zəif radio siqnallarının digər iki elektrod arasındakı güclü axını idarə edərək ən zəif siqnalların da qəbul edilməsini mümkün etmişdir.
Elektromaqnit qüvvələrin istiqamətini tapmağa kömək edən "üç barmaq qaydası"nı da hazırlayan Fleminq həmçinin odometr, termik ampermetr kimi cihazların ixtiraçısıdır.
İstinadlar
Xarici keçidlər Həyatı və kəşfləri (türkcə)
Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:İngiltərədə vəfat edənlər Kateqoriya:İngilis alimlər Kateqoriya:İngiltərə fizikləri Kateqoriya:Devonda vəfat edənlər Kateqoriya:Birləşmiş Krallıq uzunömürlüləri Kateqoriya:Radio ixtiraçıları Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Cəngavər bakalavrları