Find a Grave () — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası.
Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır.
Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.Find A Grave FAQ . findagrave.com
İstinadlar
Xarici keçidlər Find a Grave Find a Grave rusca
Kateqoriya:Onlayn verilənlər bazaları Kateqoriya:1995-ci ildə yaranan saytlar Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:Genealoji saytlar Kateqoriya:Əməkdaşlıq layihələri Kateqoriya:Qəbiristanlıqlar Kateqoriya:Ölüm haqqında bildirişlər