İohann Henrix Ross (; ) — Barokko dövrü alman rəssamı və qravürçü.
Həyatı Onun ailəsi Otuzillik müharibəyə görə Amsterdama miqrasiya etmişdi.Johan Henrik Roos biography in De groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) müəllifi:Arnold Houbraken, Holland ədəbiyyatının rəqəmli kitabxanası O, Uilyam du Qardiyndən,Johann Heinrich Roos Korneliz de Biedən və Barent Qraatdan dərslər alıb, amma ona ən çox təsir edənlər peyzaj rəssamları Nikolaz Berkem və Karel Duyardin olub. 1653-cü ildə Rossun ailəsi Almaniyaya qayıdıb. Burada, Maynsda İohann və onun qardaşı Teodor Ross monastır üçün komissiyada birgə çalışıblar. 1654–1659-cu illərdə o, İohann Ernst üçün işləyib. O, Prinsin portretini (1654, Heydelberq, Kurpfalzişes Muzeyi) və dini səhnələrə aid rəsmlər çəkib. 1664-cü ildə o, Karl I Lüdoviqin sarayında rəsm çəkməyə dəvət olunub. İşlərinin vəziyyəti qənaətbəxş olmadığından o, 1667-ci ildə ailəsi ilə birlikdə Frankfurta köçüb və bu, çox uğurlu olub, Amma 1685-ci ildə baş vermiş yanğında hər şeyini itirib. İohann Henrix Ross ona məxsus əşyaları xilas etməyə çalışarkən dünyasını dəyişib. Dörd oğlu və qızı yanğından xilas olub və daha sonra məşhur rəssamlar olublar.
Şəcərəsi
Yaradıcılığı Ross pastoral idilayalar üzrə ixtisaslaşmışdı, qədim dağıntılarla landşaftı ideallaşdırmışdı. O, qravürlərdə ruh yüksəkliyi qazanmışdı. Bu pastoral mənzərələr insanlar və heyvanlar arasında təbiət ilə uyğunluq yaratmaq üçün Rossun arzusunu ifadə edir. Bibliya, tarixi və dövr səhnələri arasında Ross heyvanlar daxil olan mövzulara üstünlük verirdi: İsanın doğulması, Venera, Adonisin çobanları.
Ross həmçinin dövrünün ən yaxşı alman portret rəssamlarından biri idi. O prinsləri, kübar xanımları və zabitlərin portretlərini çəkirdi. Ross əsasən ev heyvanlarını çoxlu fərdi təsvirlərlə də işləmişdir. O, hər xüsusiyyətin unikallığını dərindən göstərirdi.
İctimai kolleksiyaları Roos aşağıdakı kolleksiyalarda təmsil olunub: Kunsthistoriches Muzeyi, Vyana; San Fransisko İncəsənət Muzeyi; Detroit İncəsənət İnstitutu, Miçiqan; Dulviç Şəkil Qalereyası, London; Azərbaycan Milli İncəsənət Muzeyi, Kroker İncəsənət Muzeyi, Kaliforniya; İndianapolis İncəsənət Muzeyi, İndiana; Dallas İncəsənət Muzeyi, Texas; Palazzo, Bianco, Cenoa və başqaları.
Ailəsi Onun oğulları Filip Peter Ross (Rosa di Tivoli) və İohann Melkior Ross rəssam kimi məşhurlaşdılar. Onların işləri Frankfort, Köln, Desau, Darmştadt və Ştuttqartda müxtəlif muzeylərsə saxlanılır.The New International Encyclopædia/Roos, Johann Heinrich 1905
İstinadlar
Xarici keçidlər
Artcyclopedia məlumat Columbia Encyclopedia Ross Kunsthistorisches Muzeyində Ross San Fransisko İncəsənət Muzeyində Ross Destroit İncəsənət İnstitutunda Ross Dulvik Şəkil Qalereyasında
Kateqoriya:Alman rəssamlar Kateqoriya:Almaniya rəssamları Kateqoriya:Barokko rəssamları