Haim Maykl Revivo (; ) — İsrailli keçmiş futbolçu.

Karyerası İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur.

İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular. Qalatasarayda bir neçə həftə oynadıqdan sonra komandadan ayrılmışdır. 2003-cü ilin yayında müqaviləsi rəsmən ləğv olunmuşdur.

Türkiyədən İsrailin "Aşdod" klubuna gəlmişdir. 12 oyun keçirdikdən sonra futbol karyerasını bitirmişdir. Hazırda biznes sahəsində fəaliyyət göstərir.

Uğurları

Klub Bney Yehuda Tel-Əviv: Toto Kuboku: 1991/92 Makkabi Hayfa: İsrail Kuboku: 1994/95 Fənərbaxça: Türkiyə çempionatı: 2000/01

Şəxsi İsrail çempionatı: Bombardir (2): 1994/95, 1995/96 Ən yaxşı oyunçu (2): 1994/95, 1995/96

İstinadlar

Kateqoriya:İsrail futbolçuları Kateqoriya:Mərakeş yəhudiləri Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Yəhudi futbolçular Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular