Barbara Bax (, qızlıq soyadı Qoldbax (); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır.
Həyatı 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub.
Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub.
Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib.
18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib. 1968-ci ildə Barbaranın qızı Françeska, 1972-ci ildə isə oğlu Canni dünyaya gəlib. İtaliyaya köçdükdən sonra televiziyada işləyib və filmlərdə çəkilib.
1975-ci ildə ərindən ayrılaraq, iki uşağı ilə birlikdə geri - Amerikaya qayıtmış, lakin bununla belə televiziya karyerasını davam etdirmişdir. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi Anya Amasova rolunu oynamışdır.
27 aprel 1981-ci ildə "The Beatles" qrupunun barabançısı Rinqo Starla evlənib.
Barbara Bax və həyat yoldaşı Rinqo Star vegetariandırlar.
Filmoqrafiya İl Film Rol 1968 L'Odissea Nausicaa 1971 Mio padre Monsignore Chiara La Tarantola dal ventre nero Jenny La Corta notte delle bambole di vetro Mira Svoboda Un peu de soleil dans l'eau froide Héloïse/Elvire 1972 I Predatori si muovono all'alba Helen 1973 Paolo il caldo Anna Il maschio ruspante Rema L' Ultima chance Emily 1974 Il Cittadino si ribella Barbara 1975 Il Lupo dei mari Maud Brewster 1977 Ecco noi per esempio Ludovica Məni sevən casus Anya Amasova 1978 Force 10 from Navarone Maritza Petrovich 1979 Bədheybətlər adası Amanda Marvin L' Umanoide Lady Agatha Jaguar Lives Anna Thompson Il Fiume del grande caimano Alice Brandt 1980 Up the Academy Bliss 1981 Caveman Lana The Unseen Jennifer Fast 1982 The Cooler 1983 Princess Daisy Vanessa Valerian 1984 Give My Regards to Broad Street Journalist 1986 To the North of Katmandu
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:Rinqo Star ailəsi Kateqoriya:Rinqo Star Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri