Fişinq () – ingilis dilindən tərcümədə "balıq ovu" deməkdir və qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılığın bir növüdür. Belə ki, fırıldaqçı (fişer) İnternetdə "tələ" quraraq, bu tələyə düşən İnternet istifadəçilərini aldatmaqla məşğuldur. Fişer müxtəlif üsullarla İnternet istifadəçilərindən bank hesablarını, kredit kartlarını və İnternetə çıxış üçün lazım olan informasiyaları öyrənir.
Fişinq kiberdələduzluğun xüsusi növüdür, istifadəçiləri aldatma yolu ilə adətən maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməyə yönəlir. Dələduz bank saytı kimi görünən (və ya maliyyə əməliyyatları aparılan istənilən digər sayt kimi, məsələn, eBay) saxta veb-sayt yaradır. Sonra cinayətkarlar istifadəçiləri bu sayta aldadıb aparmağa cəhd edirlər ki, bu saytda onlar login, parol və ya PIN-kod kimi konfidensial məlumatları daxil etsinlər. Çox zaman dələduzlar bunun üçün həmin saytlara istinadları spamın köməyi ilə yayırlar.
İstinadlar
Mənbə https://web.archive.org/web/20040626065827/http://www.webplanet.ru/news/focus/2004/6/15/phishing.html http://www.computerra.ru/focus/317787/
Həmçinin bax
Kateqoriya:Kompüter cinayətkarlığı Kateqoriya:İnternet Kateqoriya:Kompüter şəbəkələri Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Dələduzluq Kateqoriya:İnternet terminləri Kateqoriya:Aldatma Kateqoriya:Mütəşəkkil cinayətkarlıq fəaliyyəti Kateqoriya:Spam