Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşirBakı metropoliteninin rəsmi saytı . . Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar“Neftçilər dairəsi”nin əsl adı nədir? - VİDEOREPORTAJ . report.az, 05.06.2018 . Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.
Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" () sözləri yazılmış mozaikalı panno yerləşir.
İstinadlar
Kateqoriya:Bakı meydanları Kateqoriya:Bakı memarlığı Kateqoriya:Dakar Kateqoriya:Azərbaycan–Seneqal münasibətləri