Şotlandiya Milli Muzeyi () — Şotlandiyada yerləşən milli muzey. Muzey Edinburq şəhərinin Çambers küçəsində yerləşir.

Tarixi Muzeyin yerləşdiyi Çambers küçəsində iki fərqli muzey – 1861-ci ildə viktoryan stilində tikilən Kral Muzeyi və nisbətən müasir, amma eyni üslubda inşa edilən Şotlandiya Milli Muzeyi yerləşib. 1998-ci ildə bu muzeylər birləşmişlər.

Muzeyə giriş pulsuzdur. 2011-ci ildə 46 milyon funt-sterlinq xərcləndikdən sonra muzey restovrasiya olunaraq yenidən fəaliyyətə başlamışdır. Fəaliyyətə başlayarkən ekspozisiyalara 16 yeni qalereya əlavə olunmuşdur.

Şotlandiya dövləti muzeyin maliyyələşməsi üçün hər il 46,4 milyon funt sterlinq ayırır. Hər il muzeydə incəsənət festivalı keçirilir.

Muzey 1500-cü ildən bəri ölkənin tarixini, incəsənətini əks etdirən eksponatlarla zəngindir. Antikvarlar arasında qədim Şotlandiya ilə bağlı ən nadir eksponatlara rast gəlmək olur.

Kolleksiya

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı hughpearman.com

Həmçinin bax Şotlandiya Milli Qalereyası

Kateqoriya:1861-ci ildə yarananlar Kateqoriya:Edinburq muzeyləri