Nauli Canaşia (; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü.Gürcüstan parlamentinin deputatı vəfat edib. apa.az, 19.03.2015

Həyatı 1 mart 1947-ci ildə anadan olmuşdur.

Fəaliyyəti 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur.

17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Nauli Canaşia haqqında Gürcüstan parlamentinin rəsmi saytındakı səhifə

Kateqoriya:Tbilisidə vəfat edənlər