Berd Hava Limanı () — Ermənistan Respublikasının Tavuş mərzinin mərz mərkəzi olan Berd şəhəri yaxınlığında yerləşən mülki hava limanı.

Hazırda fəaliyyətsiz olan hava limanından Sovet dövründə yerli uçuşlar üçün istifadə olunurdu. Hava limanının fəaliyyətini dayandırmasının əsas səbəbi Azərbaycan Respublikası sərhədinə yaxın ərazidə (Tovuz rayonu ilə sərhəddə), aktiv müharibə ocağının yaxınlığında yerləşməsi və tez-tez atəşə tutulması idi.Armenia's Southern Kapan airport may restart operations 29.08.2013 www.arka.am

1,998x45 m ölçülərində asfalt-beton səthə malik olan hava limanının uçuş zolaqları 13/31 istiqamətindədir.

İstinadlar

Kateqoriya:Ermənistan hava limanları