Böyük dördlük ("Dördlər" şurası) — Birinci Dünya müharibəsindən sonra 1919-cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin başçıları.
Haqqında thumb|300x300px|"Böyük dordlük": Devid Lloyd Corc, Vittorio Orlando, Jorj Klemanso, Vudro Vilson Böyük dördlüyün ("Dördlər" şurası)nın tərkibinə Vudro Vilson (ABŞ), Devid Lloyd-Corc (Böyük Britaniya), Vittorio Orlando (İtaliya) və Jorj Klemanso (Fransa) daxil idi. Böyük dördlük 20-dən çox müttəfiq dövlətin nümayəndəsinin iştirak etdiyi Paris sülh konfransında müzakirə ediləcək məsələlərin əvvəlcə məhdud dairədə müzakirə olunması üçün ABŞ prezidenti Vudro VilsonunThe Deliberations of the Council of Four (March 24-June 28, 1919): Notes of the Official Interpreter, Paul Mantoux. (Two volumes); by Paul Mantoux, Manfred F. Boemeke (Editor), A. S. Link (Editor) ISBN 9780691047935,ISBN 0691047936 təklifi ilə yaradılmışdır. Bu dövlətlərin başçıları Almaniya ilə imzalanan Versal müqaviləsinin, Avstriya ilə imzalanan Sen-Jermen müqaviləsinin, Macarıstanla imzalanan Trianon müqaviləsinin, Bolqarıstanla imzalanan Nöyi müqaviləsinin, Osmanlı imperiyası ilə imzalanan Sevr müqaviləsinin, 1920-ci ildə kecirilən San-Remo konfransının aparıcı arxitektorları olmuşdur..
Xarici keçid Всемирная история дипломатии. Раздел шестой. Дипломатия в период подготовки Второй мировой войны (1919–1939 гг.). Глава первая. Версальский мир (1919 г.) (проф. Минц И. И.) Киссинджер Г. Дипломатия. Глава девятая. Новое лицо дипломатии: Вильсон и Версальский договор Signing the Treaty of Versailles, 1919
Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Millətlər Liqası