Tuxola Meşəsi Milli Parkı|thumb Polşa milli parkları () — Polşada yerləşən 23 milli parka verilən ümumi ad.
Polşa milli parkları əvvəllər Polşa Milli Parklar Nazirliyi () tərəfindən idarə olunurdusa, 2004-cü ildə bu iş Polşa Ətraf Mühit Nazirliyinin əlindədir. Milli parkların çoxu qismən və ya ciddi qorunan hissələrə bölünür. Bundan əlavə milli parklar otulina adlanan bufer zonaları əhatə olunmuşdur.
2004-cü ildə Polşada qəbul edilmiş Təbiət Konservasiya AktınaTekst ustawy z dnia 16 kwietnia 2004 r. o ochronie przyrody (Dz. U. z 2009 r. Nr 151, poz. 1220) görə: "Milli park 1000 hektardan az olmamaq şərti ilə təbiəti və təbiətin xüsusiyyətlərini qorumaq məqsədi ilə qurulan, təbii, elmi, sosial, mədəni və təhsil dəyərlərinə görə tanınan ərazini əhatə edir. Milli park biomüxtəlifliyi, təbii ehtiyatları, təbiətin cansız elementlerini və obyektlərini qorumaq, heyvan və göbələklərin dağılmış ekosistemlərini, təbiətin müfaviq komponentlərini yenidən bərpa etmək üçün qurulur.
Polşa milli parkları müxtəlif sahələrə bölünür. Bunlara ciddi qorunan zona, aktiv zona və təbiət zonası aiddir.
Milli parkları əhatə edən ərazilər bufer zonası kimi müəyyən edilmişdir. Bufer zonaları ovçuluq kimi məşğuliyyətlərin qarşısını almaq üçün istifadə olunar. Polşadakı milli parkların hamısını ziyarət etmək mümkündür. Amma ziyarət müəyyən olunmuş sahələr, cığırlar və yollar ilə müəyyən olunur.
Milli parklar mərkəzi büdcə ilə idarə olunur. 1 may 2004-cü ildən milli parklara Polşa Ətraf Mühit Nazirliyi nəzarət edir.
Ən böyük milli park Bebja Milli Parkıdır. (592,23 km2) Ən kiçik milli park isə sahəsi 21,46 km2 olan Oyçov Milli Parkıdır. Ən qərbdə yerləşən milli park Volin Milli Parkı, ən şimalda yerləşən milli park Slovinski Milli Parkı, ən şərqdə yerləşən milli park Byaloveja Milli Parkı, ən cənubda yerləşən milli park Beşad Milli Parkıdır. Bəzi milli parklar digər ölkələrin qorunan təbiət əraziləri ilə sərhəddədirlər. Babeqor Milli Parkı Slovakiyanın Horno Orava Qorunan Təbiət Ərazisi ilə, Byaloveja Milli Parkı Belarusun Belovejskaya Puşça Milli Parkı ilə, Beşad Milli Parkı Slovakiyanın Polonini Milli Parkı ilə, Karkonoş Milli Parkı Çexiyanın Krokonoşe Milli Parkı ilə, Pyenini Milli Parkı Slovakiyanın Pyenni Milli Parkı ilə, Poless Milli Parkı Ukraynanın Şat Milli Parkı ilə, Tatra Milli Parkı Slovakiyada eyniadlı milli parkla qonşudur.
Polşa milli parkları bir neçə layihənin tərkib hissəsidir. Ekologiyada və təhsildə vacib rol oynayırlar. Bütün milli parklarda tarixi muzeylər yerləşir.
Xəritə
Siyahı ŞəkilAdıVoyvodalıqQurulma tarixiSahəsi (km²)EmblemiYUNESKO statusuKoordinatları 170px Babeqor Milli Parkı 22px Malopol 1955 (1933)33,92 Laserpitium archangelica 60px|Babiogórski PN logo Laserpitium archangelica Biosfer qoruğu 170px Byeloveja Milli Parkı 22px Podlya 1947 (1932)105,02 Zubr 60px|Białowieski PN logo Zubr Ümumdünya irsi, Biosfer qoruğu 170px Bebja Milli Parkı 22px Podlya 1933592,23 Cüllüt 60px|Biebrzański PN logo Döyüşkən quşBiosfer qoruğu 170px Beşad Milli Parkı 22px Podkarpatiya 1973292,01 Adi vaşaq 60px|Bieszczadzki PN logo VaşaqBiosfer qoruğu 170px Tuxola Meşəsi Milli Parkı 22px Pomeraniya 199647,98 Tetra 60px|PN Bory Tucholskie logo Tetra— 170px Dravno Milli Parkı 22px Qərbi Pomeraniya 1990114,41 Susamuru 60px|Drawieński PN logo Susamuru— 170px Qorç Milli Parkı 22px Kiçik Polşa 198170,29 Ləkəli salamandra 60px|Gorczański PN logo Ləkəli salamandra— 170px Masa Dağları Milli Parkı 22px Aşağı Sileziya 199363,40 Qumdaşı 60px|PN Gór Stołowych logo Qumdaşı— 170px Kampinos Milli Parkı 22px Mazoviya 1959385,44 Sığır 60px|Kampinoski PN logo SığırBiosfer qoruğu 170px Karkonoş Milli Parkı 22px Aşağı Sileziya 195955,76 Dağ 60px|Karkonoski PN logo Dağ— 170px Maqura Milli Parkı 22px Podkarpatiya 1995194,39 Adi sar 60px|Magurski PN logo Adi sar— 170px Narv Milli Parkı 22px Podlya 199668,1 Bataqlıq belibağlısı 60px|Narwiański PN logo Bataqlıq belibağlısı— 170px Oyçov Milli Parkı 22px Kiçik Polşa 195621,46 Yarasa 60px|Ojcowski PN logo Yarasa— 170px Pyenini Milli Parkı 22px Kiçik Polşa 1954 (1932)23,46 Trzi Koroni dağı 60px|Pieniński PN logo Trzi Koroni dağı— 170px Poless Milli Parkı 22px Lublin 199097,62 Boz durna 60px|Poleski PN logo Boz durna— 170px Rastoç Milli Parkı 22px Lublin 197484,83 Konik 60px|Roztoczański PN logo Konik— 170px Slovinski Milli Parkı 22px Pomeraniya 1967186 Qağayı 60px|Słowiński PN logo QağayıBiosfer qoruğu 170px Sventokşiski Milli Parkı 22px Sventokşiski 195076,26 Maral 60px|Słowiński PN logo Maral— 170px Tatra Milli Parkı 22px Kiçik Polşa 1954 (1947)211,64 Tatra chamois 60px|Tatrzański PN logo Tatra chamoisBiosfer qoruğu 170px Uyste-Varti Milli Parkı 22px Lubus 200180,38 Əkin qazı 60px|PN Ujście Warty logo Əkin qazı — 170px Velikopolska Milli Parkı 22px Böyük Polşa 195775,84 Bayquş 60px|Wielkopolski PN logo Bayquş— 170px Viqer Milli Parkı 22px Podlya 1989150,86 Susamuru 60px|Wigierski PN logo Susamuru — 170px Volin Milli Parkı 22px Qərbi Pomeraniya 1960109,37 Ağquyruq dəniz qartalı 60px|Woliński PN logo Ağquyruq dəniz qartalı —
+ Rənglərin relyef göstəriciləri Baltik dənizi sahili Düzənlik Sudet dağları Göl Dağlıq Karpat dağları
İstinadlar
Xarici keçidlər
Polşa milli parkları Polşa Ətraf Mühit Nazirliyi
Həmçinin bax Milli park ABŞ milli parkları
Kateqoriya:Polşa milli parkları