Kirirom Milli Parkı () — Kambocada yerləşən milli park. Milli parkın böyük hissəsi Kambocanın Kamponq Speu bölgəsinin Pnom Sruoç rayonunda yerləşir, az qismi isə Koh Konq bölgəsindədir.
Əfsanə "Kirirom" sözünün mənası "Xoşbəxt Dağ" deməkdir. Bu ad 1930-cu illərdə Kral Monivonq tərəfindən verilmişdir. Bu bölgənin keçmiş adı Pnom Vorvonq Sorvonq idi və bu ad iki eyni adlı təpədən götürülmüşdür. Kamboca əfsanəsinə görə Vorvonq və Sorvonq iki qəhrəman və ziyalı qardaş idilər.
Haqqında Milli park Kardamon dağlarını əhatə edir.ISBN 9789812584854 Milli park paytaxt Pnompendən 112 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 675 m hündürlükdə yerləşən milli park Kambocanın ilk milli parkıdır. Burada bir çox turistik cığır, şəlalə, göl yerləşir və bir zamanlar kxmerlər tərəfindən sığınacaq kimi istifadə olunmuşdur.
İstinadlar
Xarici keçidlər Protectedplanet-də məlumat
Kateqoriya:Kamboca milli parkları Kateqoriya:1993-cü ildə yaradılmış qoruq əraziləri