Zebra Dağı Milli Parkı () — Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində yerləşən milli park. Milli park 1937-ci ilin iyulunda nəsilləri təhlükədə olan Keyp zebrlarını qorumaq üçün təşkil olunmuşdur.

1930-cu illərdə Key zebrları yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idilər. Milli parkın sahəsi o zaman 17,12 km2 idi. O zamanlar burada cəmi 5 ayğır və 1 madyan vardı və bu Keyp zebrlarının sayının artırılması üçün kifayət deyildi. 1950-ci ildə cəmi iki ayğır qalan qonşu fermer H. L. Lomland bura 11 Keyp zebrsı gətirmişdir.

1964-cü ildə burada cəmi 25 zebr vardı. Həmin il milli parkın sahəsi 65.36 km2-a çatdırılmışdır və Paul Miçau əraziyə daha 6 zebr gətirmişdir. O zamandan zebrların sayı davamlı artaraq 140-a çatmışdır. 1975-ci ildə zebrlar Qərbi Keyp vilayətindəki De Hup Təbiət Qoruğuna verilmişdir.

1978-ci ildən Keyp zebrlarının tutulması və köçürülməsi milli park rəhbərliyinin əsas məqsədinə çevrilmişdir. Hazırda milli parkdakı sürülərin sayı 350-dir, hər il 20 heyvan köçürülür və sahəsi 284 km2-dır.

Fauna Burada qaraqulaq, Afrika kəli, qara kərgədan, Afrika maralı, qara qnu, inək antilopu, adi köpgəröküz, qaraca antilop kimi məməlilər yaşayır. 2007-ci ildə buraya hepardlar gətirilmişdir. 2013-cü ildə şirlər buraxılmışdır.

Məməlilər

Quşlar

Flora Burada bir neçə ağac növü bitir.ISBN 978-1-77007-742-3

İstinadlar

Xarici keçidlər CAR milli parkları

Kateqoriya:CAR milli parkları Kateqoriya:1937-ci ildə yaradılmış qoruq əraziləri