Lüdviq Franseviç Knit () — Azərbaycan rəssamı, miniatürçüsü. Azərbaycan almanlarından idi.

Həyatı 1891-ci ildə Bakıda anadan olmuşdur. İran miniatürü sahəsində ekspert idi. Kommunist simvolikasını yerli Azərbaycan incəsənət üslubu ilə birləşdirərək incənəsənət tarixinə özünə önəmli yerlərdən birini tutmuşdur. Azərbaycandakı ilk ekslibris 1934-cü ildə hazırlanmış və 1922–1928-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı olan Mustafa Quliyevə məxsus ekslibris sayılır. Bu ekslibrisin müəllifi Lüdviq Knit idi. "Искусство" (İncəsənət), "Molla Nəsrəddin", "Qızıl Qələm" jurnallarında işləmiş, "Kommunist", "Bakinski raboçi" qəzetlərində fəaliyyət göstərmişdi.İ. M. Miklaşevskaya — Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin yaranması və formalaşması (1920–1945), Bakı, 1974, səh 141 2012-ci ildə Azərbaycan Tarix Muzeyində kollektiv sərgisi baş tutmuşdu.

Əsərləri

Plakatlar Müsəlman fəhlə (1920-ci illər) Azərbaycan fəhləsi varlını həbs edir (1920-ci illər) İnqilabçı əsgər şərqə tələsir (1920-ci illər) RSFSR (1920-ci illər)

Kitab illüstrasiyaları M. F. Axundov — Aldanmış kəvakib (1926) Puşkin — Balıqçı və balığın nağılı (1927) Orta məktəb kitabçaları (1920–1930-cu illər)

Xalça eskizləri Neft (1939) Pambıq (1939)

Digər əsərləri X əsrdə İranda sosial vəziyyət (Qəznəvilərdə sosial təbəqələr), quaş, 1934 Nadir şahın 1743-cü ildə Dağıstandan və Şimali Azərbaycandan çəkilməsi, quaş, 1938 Şəki xanlığında bayramlığın yığılması, quaş, 1938 XVIII əsrdə Şamaxıda meydan, yağlı boya, 1939 XVIII əsrdə Dağlıq Qarabağda yaylağa enmək, yağlı boya, 1940

Qalereya

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan almanları