Olxon darvazası boğazı () - Baykal gölü ərazisində Olxon adasını materikdən ayırır. Sahilləri dik və sıldırımlıdır. Burada körfəzlər və buxtalar vardır. Boğazda güclü axınlar baş verir. Dalğaların hündürlüyü 5 m-ə çatır. Qışda boğaz donur və burada çatlar əmələ gəlir. Saxyurt kəndindən adaya bərə fəaliyyət göstərir. 2005-ci ildə boğazın altı ilə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Uzunluğu 8 km, eni dar yerdə 1 km təşkil edir.

Mənbə Olxon darvazası boğazı Kateqoriya:İrkutsk vilayətinin boğazları Kateqoriya:Baykal