Kanso boğazı — Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adasını Yeni Şotlandiya yarımadasından ayırır. Uzunluğu 27 km, eni 3 km, dərinliyi 61 m təşkil edir. Boğazın hər iki tərəfi ilə gəmilərlə əlaqə yaradılır. Sahillərində Port-Honsberi və Malqreyli şəhərləri vardır.

Mənbə Kanada Ensiklopediyası - Kanso boğazı

Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Kanada boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Yeni Şotlandiya boğazları